Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
“Neftçi” səfərdə “Turan Tovuz”la qarşılaşıb. Tovuz şəhər stadionunda oynanılan görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 87-ci dəqiqədə Aaron Olanare vurub.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran “ağ-qaralar” dördüncü pilləyə yüksəlib. 11 xalı olan bölgə təmsilçisi isə beşinci sıraya geriləyib.
Günün son oyununda “Sabah” “ASCO Arena”da “Səbail”in qonağı olacaq. Qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Azersun Arena”da “Sumqayıt”ı 5 cavabsız qolla məğlub edib. Tura oktyabrın 1-də keçiriləcək "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Zirə" matçları ilə yekun vurulacaq.