Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert
9-12-2020, 16:48
373

Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert

"Noyabrın 10-da keçiriləcək parad Azərbaycan tarixinin ilk Zəfər paradı kimi yaddaşlarda qalacaq".
Bu sözləri Modern.az-a sabah Bakıda keçiriləcək Zəfər paradı haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bu paradda arzu etdiyimiz bir çox hərbi birliklərin qalib əsgərlərini, qələbə bayrağını, hərbi texnikamızı, düşmən əsgərlərinin qoyub qaçdığı yüngül zirehli və zirehsiz texnikaları və zəfərin əldə olunmasında mühüm rol oynayan Azərbaycan, Türkiyə, İsrail istehsalı olan pilotsuz uçuş aparatlarını görəcəyik:

"Bu aparatların bəziləri ilk dəfə nümayiş olunacaq. Paradın digər bir komponenti Azərbaycanın aviasiya vasitələrinin nümayiş çıxışlarının olmasıdır. Paradda həmçinin artilleriyanın atəş zərbələri, gəmi və katerlərimizin də nümayişi olacaq. Tərəfdaş və əməkdaşlıq etdiyimiz ölkələrin səfirləri, dövlət rəhbərləri və diplomatik nümayəndələrin paradda iştirakı gözlənilir. 102 ildən sonra ilk dəfə Azərbaycanın mərkəzində Türkiyə əsgərindən ibarət üç heyətin addımlaması insanlarımızda xüsusi bir coşqu yaradacaq".
Ekspert paradda mülki əhalinin də iştirak edib-etməməsinə aydınlıq gətirib. O bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu tarixi günün şahidi olmaq istəyər, amma insanlarımız qəbul etməlidir ki, həyatımızda təhlükəli, ölümcül bir virus var:
"Koronavirusun daha çox yayılmaması məqsədi ilə insanların bu görüntüləri evdən televiziya və ya internet vasitəsi ilə izləməsi daha məqsədəuyğundur. Düşünürəm ki, insanlarımız bu vəziyyəti anlayışla qarşılayar və daha diqqətli olmağa çalışarlar".

Oxşar xəbərlər

Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDI
Müstəqillik tarixinin ilk Zəfər paradı: yeniliklər nələr olacaq? - FOTO
Paradla bağlı mühüm açıqlama - Müharibədə döyüşən hərbçilər…
Qələbə paradının aparıcısı bəlli oldu - FOTO
Vətəndaşlar Qələbə paradını necə izləyəcək? - Hərbi ekspert
Ordumuz dekabrın 10-da keçiriləcək parada hazırlaşır - VİDEO
Qələbə paradında bu hərbi texnikalar nümayiş olunacaq
İlham Əliyev Ərdoğanla birgə Şuşaya gedəcək? - Düşmənə növbəti zərbə
“Azərbaycan özünə sığışdırmaz ki, Azadlıq meydanını erməni hərbi əsirlərlə çirkləndirsin” - GƏLİŞMƏ
Möhtəşəm parada hazırlığın yeni görüntüləri - VİDEO
Altınbek Mamayusupov Prezidenti qələbə münasibətilə təbrik etdi
Bakıda Vətən müharibəsi memorial kompleksi yaradılacaq - Sərəncam
Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi qeyd ediləcək
Ərdoğan Bakıya gəlir - Qələbə paradında iştirak edəcək
Təyyarə və helikopterlər Bakı səmasında uçuş keçirir - Parada hazırlıq
Bakıda avtobusların yolu 3 günlük dəyişdirilir
Yol polisi paradla bağlı sürücülərə müraciət edib
Hər il Zəfər Günü iş olmayacaq - VİDEO
“Azərbaycanın Zəfər Günü şəhidlərin əmanətidir“ - Türkiyə XİN
DYP-dən yolların bağlanması ilə bağlı daha bir AÇIQLAMA
“Zəfər Azərbaycanındır!” - Türkiyə Prezidenti
“Bəşəriyyət Azərbaycanın bu qələbəsini “İnsani zəfər” olaraq qəbul edəcək” - Yalçın Topçu
Ordumuz ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirdi - FOTOLAR
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
“Azərbaycan Ordusu dünya səviyyəsində ən müasir orduya çevrilib” - Gürcü ekspert
Ermənistan qoşunları bütünlüklə Qarabağdan çıxarılacaq - Hərbi ekspert
Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirəcək
“İkinci Qarabağ savaşı dünya hərb tarixinə “dronlar müharibəsi” kimi daxil olacaq” – Ekspert
Komendant saatı nə vaxt ləğv olunacaq? - AÇIQLAMA
Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO