Ərdoğanın Azərbaycana səfəri başlayıb
9-12-2020, 17:05
93

Ərdoğanın Azərbaycana səfəri başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

“Report” xəbər verir ki, dövlət başçısını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

R.T.Ərdoğanı Azərbaycan rəsmiləri və Türkiyənin Bakıda fəaliyyət göstərən diplomatları qarşılayıb.

Səfərdə R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik, partiyanın sədr müavini Mahir Ünal, Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın və Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun müşayiət edir.

Türkiyə lideri Azərbaycanda iki gün olacaq. Onun Bakıya səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşir.

Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb.

İki ölkənin lideri "Bir millət, iki dövlət" şüarı ilə dekabrın 10-da keçiriləcək Qələbə Paradında iştirak edəcək.

Səfər çərçivəsində dünya ictimaiyyətinə müasir Azərbaycan reallıqları haqqında daha çox məlumat verilməsi üzrə birgə addımların müzakirəsi olacaq. Danışıqların gündəliyinə həmçinin regional və beynəlxalq məsələlər də daxil edilib.

R.T.Ərdoğanın səfəri çərçivəsində eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşdü
Ərdoğan yenidən Rusiyaya gedəcək
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verdi
Ərdoğanın xanımı dünyanın ən nüfuzlu 10 müsəlmanından biri oldu....-FOTOLAR
Ərdoğan sabah Azərbaycana gələcək
Ərdoğan Bakıya xanımı ilə birgə gələcək
Sabah Azərbaycanla Türkiyə arasında memorandum imzalanacaq
Ərdoğanı ABŞ-da belə qarşıladılar
Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsinə ilk reaksiya
Partiya sədrindən TƏKLIF: - “Hadruta Ərdoğanın adı verilsin”
Prezident Türkiyənin XİN başçısını qəbul etdi
İlham Əliyev Ərdoğanla birgə Şuşaya gedəcək? - Düşmənə növbəti zərbə
Ərdoğan İlham Əliyevə zəng etdi
Ömər Çelik: “İşğalçı və təcavüzkar Ermənistan məğlub edildi”
İlham Əliyevlə Ərdoğanla danışdı
Nazarbayev Bakıda fəxri sədr seçiləcək
Ərdoğanın Bakı səfərinin TƏFƏRRÜATI
Ərdoğan bu tarixdə Bakıya gələcək
Türkiyə rəsmisi “The New York Times”a xəbərdarlıq etdi
Azərbaycanlı iş adamından möhtəşəm jest
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
İlham Əliyev Ərdoğana zəng etdi
Hikmət Hacıyev Türkiyədə səfərdədir
Ərdoğan qanunu imzaladı - Türk əsgəri Azərbaycana göndərilir
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Çavuşoğlu Dağlıq Qarabağla bağlı müzakirələr aparmaq üçün Bakıya gəldi
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Ərdoğan Qarabağ barədə: "Zəfərə yaxınlaşırıq"