Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Quliev İbrahim Sadiq oğlu vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə nazir, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 

Qeyd edək ki, İbrahim Quliev uzun illər FHN-in Tikilməkdə olan Obyektlər Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində çalışıb. 


Onu da bildirək ki, ötən ay Quluzadə Piri Məmməd Paşa oğlu da FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini vəzifəsindən azad edilib, yerinə Nəsirov İsmayıl Rauf oğlu gətirilib.