Bu gün Zəfər paradı keçiriləcək - TƏFƏRRÜATLAR
10-12-2020, 09:28
261

Bu gün Zəfər paradı keçiriləcək - TƏFƏRRÜATLAR

Bu gün Bakıdakı Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdiriləcək.

Paradı Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan izləyəcək.

Bundan başqa, tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak edəcəklər.

Tədbirin ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.


A.Qurbani Modern.az-a bildirib ki, Zəfər bayrağını meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, Prezidentin sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsinə, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Zaur Məmmədov gətirəcək.
 
Zəfər paradında həm də bu döyüşlərdə xüsusilə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayraqları nümayiş olunacaq. Bayraqların gəlişindən sonra paradı qələbənin qazanılmasında müstəsna xidmətləri olan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları açacaq. Daha sonra Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin heyətləri, ardıcıllıqla bütün korpusların, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları yürüş edəcəklər.P

Düşmənin məhv edilmiş avtomobilləri və döyüş texnikalarının nömrələrindən hazırlanmış nəhəng "Qarabağ Azərbaycandır!” şüarı da təqdim olunacaq.

Zəfər paradında pilotsuz uçuş aparatlarına xüsusi yer ayrılıb. Türkiyə istehsalı olan “Bayraktar” döyüşlərdə olduğu kimi, Azadlıq meydanında da böyük marağa səbəb olacaq.  

Parad boyunca Hərbi Dəniz Qüvvələrinin və Sərhəd Xidmətinin Sahil Mühafizəsinin döyüş gəmiləri, katerləri də Xəzərin sahil sularında sıralanacaqlar.


Sonda isə paradı Milli Aviasiyamız davam etdirəcək. Döyüş təyyarə və helikopterləri Bakı səmasında möhtəşəm manevrlər edəcəklər. Prezident sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüş “Su-25” hücum və hava dəstək təyyarələr qrupunun başçısı general-mayor Namiq İslamzadənin təyyarələr qrupu  Bakı üzərində uçaraq, üşrəngli tüstü ilə Azadlıq meydanının üzərində Azərbaycan bayrağının təsvirini yaradacaqlar. 

Paradın özəlliklərindən biri də Türkiyədən gəlmiş 200-ə yaxın əsgərin keçidi olacaq. Onlar Türkiyənin bayrağı ilə addımlayacaqlar.

Oxşar xəbərlər

Qələbə paradının aparıcısı bəlli oldu - FOTO
Ordumuz dekabrın 10-da keçiriləcək parada hazırlaşır - VİDEO
Paradla bağlı mühüm açıqlama - Müharibədə döyüşən hərbçilər…
Qələbə paradında bu hərbi texnikalar nümayiş olunacaq
Müstəqillik tarixinin ilk Zəfər paradı: yeniliklər nələr olacaq? - FOTO
Paradı haradan canlı izləmək olacaq? - AÇIQLAMA
Erməni texnikalarının nömrələrindən “Qarabağ Azərbaycandır”… - Paradda sürpriz
Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert
Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDI
Ərdoğan Bakıya gəlir - Qələbə paradında iştirak edəcək
İlham Əliyev Ərdoğanla birgə Şuşaya gedəcək? - Düşmənə növbəti zərbə
Bakıda Vətən müharibəsi memorial kompleksi yaradılacaq - Sərəncam
“Azərbaycan özünə sığışdırmaz ki, Azadlıq meydanını erməni hərbi əsirlərlə çirkləndirsin” - GƏLİŞMƏ
Düşməndən qənimət götürülmüş texnika Bakıya gətirilir - FOTO
Təyyarə və helikopterlər Bakı səmasında uçuş keçirir - Parada hazırlıq
Möhtəşəm parada hazırlığın yeni görüntüləri - VİDEO
Dünyanın 50 ən güclü orduları sırasına daxil olan Azərbaycan Ordusu
Yol polisi paradla bağlı sürücülərə müraciət edib
DYP-dən yolların bağlanması ilə bağlı daha bir AÇIQLAMA
Bu gün saat 12-də şəhidlərin xatirəsi anılacaq
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlandı
MN: Vətən müharibəsində 1245 hərbi qulluqçumuz yaralanıb
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşdü
Ərdoğanın Bakı səfərinin TƏFƏRRÜATI
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir
Bakıda parada hazırlıq başlanıldı - FOTO
"Azərbaycanda yeni medal və ordenlər təsis ediləcək" - Prezident
Ərdoğan İlham Əliyevə zəng etdi
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video