Dövlət qurumu milyonluq vergi borcu olan şirkəti qalib etdi
10-12-2020, 10:07
105

Dövlət qurumu milyonluq vergi borcu olan şirkəti qalib etdi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)  milyonluq vergi borcu olan "Caspel" MMC-ni tenderin qalibi edib. 
Gündəlik Bakı "MediaPost"a istinadla xəbər verir ki, ƏMDX texniki avadanlıqlar və məişət cihazlarının alınması üzrə MMC ilə 17 827 manatlıq müqavilə imzalayıb. Halbuki "Caspel" MMC-nin dekabrın 9-na olan cari vergi borcu 1,1 milyon manatdan çoxdur. 
Qeyd edək ki, "Caspel" MMC bundan əvvəl oktyabrın sonunda 1,7 milyon manat vergi borcu olduğu halda Dövlət Vergi Xidmətinin 12,8 milyon manatlıq MEEM yaradılması və digər İT xidmətlərinin alınması ilə bağlı tenderin qalibi elan edilmişdi.
Xatırladaq ki, "Dövlət Satınalmaları haqqında" Qanuna əsasən bu satınalmalar vergi borcunun olması ilə bağlı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, qanunun 6.2.5-ci maddəsinə əsasən tenderdə iştirak edək kommersiya qurumunun vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Bundan əlavə, bir il ərzində gecikdirilmiş vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz.

Oxşar xəbərlər

Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
"Bakı Metropoliteni”nin dövlətə vergi borcu - 9 milyonu keçdi
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
“Azərbaycan Sənaye Korporasiyası”na daxil olan şirkətin dövlətə - 77 min manat borcu var
BNA 2.8 milyonluq “zapçast” alır
“AzerGold” şirkətində müdhiş korrupsiya faktı - İTTİHAM
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olarmı?
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
Nazirlik 1 milyon manatlıq dərman alır
"BakuBus" yarım milyon manatlıq geyim ALIR
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Bakı Baza Tibb Kollecində dövlət vəsaiti kimlərin əli ilə xərclənir?
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Dövlət agentliyi 2.2 milyonluq sifariş verib
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
İcra Hakimiyyətlərinin sevimli Abıyevi: Bir manatlıq “böyük” şirkət...
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Nazirlikdən daşınmaz əmlakla bağlı QƏRAR
Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender
Topaz müflis olub? - GƏLİŞMƏ
Muzdlu işçilərə II maliyyə dəstəyi proqramı çərçivəsində ödənişə başlanılıb
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür