Bakıda möhtəşəm Zəfər paradı - CANLI YAYIM (YENİLƏNİR)
10-12-2020, 14:20
132

Bakıda möhtəşəm Zəfər paradı - CANLI YAYIM (YENİLƏNİR)

Azadlıq meydanına Zəfər bayrağı gətirilib.

***
Bakıda Zəfər paradı başlayıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında çıxış edib.

***

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak edirlər.

“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edir.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi nəzərdə tutulur. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verib.

Dövlət başçıları əsgərləri salamlayıblar.

Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa edib.

Bundan sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Prezident İlham Əliyev Zəfər paradında çıxış edib.

***

Azərbaycanın İkinci Qarabağ Müharibəsində qazandığı tarixi qələbəyə həsr olunmuş hərbi parad başlayıb.

Müzəffər Azərbaycan ordusunun 44 günlük zəfər yürüşünün məntiqi yekunu olan parad Bakının Azadlıq Meydanında keçirilir.

Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri izləyir.

Paradda Azərbaycan ordusunun 3000 nəfərdən artıq şəxsi heyəti, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də, hərbi gəmi və katerlər nümayiş etdirilir.

Vətən Müharibəsində müzəffər ordumuzun düşməndən qənimət kimi ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunur.
 
***
Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı keçirilir.
HİT.Az xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak edir.
Paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunur.
Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.
 

Oxşar xəbərlər

Zakir Həsənov Zəfər paradında raport verdi
“Bu Zəfər Gününüzdə sizinlə bərabər olmaqdan bəxtiyar oluruq" - Ərdoğan
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI
Bu gün Zəfər paradı keçiriləcək - TƏFƏRRÜATLAR
Qələbə paradının aparıcısı bəlli oldu - FOTO
Qələbə paradında bu hərbi texnikalar nümayiş olunacaq
Ordumuz dekabrın 10-da keçiriləcək parada hazırlaşır - VİDEO
Ərdoğan Bakıya gəlir - Qələbə paradında iştirak edəcək
İlham Əliyev Ərdoğanla birgə Şuşaya gedəcək? - Düşmənə növbəti zərbə
Paradla bağlı mühüm açıqlama - Müharibədə döyüşən hərbçilər…
Möhtəşəm parada hazırlığın yeni görüntüləri - VİDEO
Müstəqillik tarixinin ilk Zəfər paradı: yeniliklər nələr olacaq? - FOTO
Bakıda Vətən müharibəsi memorial kompleksi yaradılacaq - Sərəncam
Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert
“Zəfər Azərbaycanındır!” - Türkiyə Prezidenti
Ərdoğanın Bakı səfərinin TƏFƏRRÜATI
Zəfər paradı başlayır - Paytaxt küçələrində izdiham (VİDEO)
Ərdoğan Bakıya xanımı ilə birgə gələcək
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşdü
Ərdoğan Vahabzadənin şeirini söylədi - VİDEO
Paradı haradan canlı izləmək olacaq? - AÇIQLAMA
Türkiyənin Müdafiə Nazirliyi Qələbə parad ilə bağlı VİDEOÇARX hazırladı
Bakıda avtobusların yolu 3 günlük dəyişdirilir
Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDI
“Azərbaycanın Zəfər Günü şəhidlərin əmanətidir“ - Türkiyə XİN
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
İlham Əliyevlə Ərdoğanla danışdı
"Bu zəfər Azərbaycanda uyuyan türk şəhidlərinin ruhunu şad edir" - İlham Əliyev
Ərdoğan danışdı, onlar güldülər
Ərdoğan İlham Əliyevə zəng etdi