Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib.
PUA-ları daşıyan avtomobillər Azadlıq meydanında tribunanın önündən keçib. Paradda Azərbaycanın istehsal etdiyi “İtiqovan” zərbə PUA-ları nümayiş olunub.
Daha sonra Vətən müharibəsində düşməni lərzəyə salan, düşmənə sarsıdıcı, dağıdıcı zərbələr vuran ən müasir PUA-lar olan “Bayraktar” və “Harop” Azadlıq meydanına daxil olub.