"Artıq on aydır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası qorxulu kabus kimi həyatımıza daxil olub. Dünyanı dolaşan təhlükəli infeksiya ilə mübarizə aparmaqla yanaşı, öz həyat tərzimizi də ona uyğunluşdırmalıyıq".
Dövlət Gömrük Hospitalının həkim-kardioloqu Tamilla Əliyeva risk qrupuna daxil olanların COVID-19 virusundan necə qorunması haqqında deyib: “Payız-qış aylarında digər respirator xəstəliklər kimi, COVID-19 infeksiyasının da geniş yayılacağı gözlənilən idi. Mövsüm xəstəlikləri payızdan qışa keçən dövrdə artdığına görə COVID-19-a yoluxanların sayı hər yerdə olduğu kimi, ölkəmizdə də kəskin surətdə artıb. Ona görə yanaşı xəstəlikləri olanlar daha diqqətli olmalıdırlar. Belə ki, hər hansı yanaşı xəstəliyi, məsələn, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, bronxial astma, tənəffüs yolları, qaraciyər, ağciyər, onkoloji və mədə-bağırsaq xəstəlikləri olanlar koronavirusa yoluxarsa, bu, daha ağır fəsadlarla nəticələnə bilər. COVID-19 infeksiyası mərkəzi sinir sistemi və beyində bir çox problemlərin də yaranmasına, ensefalopatiya, insult və digər nevroloji ağırlaşmalara gətirib çıxara bilər. Yeni növ koronavirusa yoluxanların 80 faizində nevroloji əlamətlər bu və ya digər formada özünü göstərir. Öskürək, yüksək temperatur və nəfəs almaqda çətinlik çəkmək kimi əlamətlərlə müşahidə olunan həmin xəstəliyi yaşlı və yanaşı xəstəlikləri olanlar daha ağır keçirir və bu, onların həyatı üçün ciddi təhlükə yaradır”.
Həkim-kardioloq daha sonra deyib: “Ümumiyyətlə, yaşı 70 yaşdan yuxarı olanlar onsuz da risk qrupuna daxildir. Yanaşı xəstəlikləri olanlar arasında isə gəncləri də görmək olur. Ona görə də onlar özlərini daha ciddi qorumalı, ara məsafə saxlamalı və özlərini təcrid etməlidirlər. Risk qrupuna daxil olan xəstələr özlərində koronavirus əlamətləri hiss edən kimi yubanmadan həkimə üz tutmalıdırlar. Xəstəliyi qrip hesab edib özünümüalicəyə üstünlük vermək və tezliklə ötüşəcəyini gözləmək olmaz, çünki, bu qrip olmayıb, yeni növ koronavirus ola bilər. COVID-19 infeksiyasını hər kəs fərqli keçirir, müalicə də fərqli olur. Mütləq vaxtında həkimə müraciət edilməlidir ki, müalicəyə başlanılma gec olmasın. Tutacaqlarda, qapılarda və digər səthlərdə virusun uzun müddət qaldığını nəzərə alaraq, əlləri gözə, ağıza və buruna toxundurmaq olmaz”.
O, fikrini belə yekunlaşdırıb: “Virusun tezliklə öz-özünə çıxıb gedəcəyini gözləmək lazım deyil. Üç qızıl qaydaya - maskadan istifadə, əllərin tez-tez yuyulması və ya spirtlənməsi, ara məsafənin saxlanılmasına ciddi riayət etməklə koronavirus riskini xeyli azaltmaq mümkündür”.
Virusa yoluxanların 80 faizində nevroloji əlamətlər özünü göstərir
10
dekabr
20:40

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq? – TƏBİB açıqladı
Ramin Bayramlı: “Vaksinasiya könüllü olacaq”
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
“Buzlu şüşə” ilə bağlı daha bir açıqlama
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? — Siyahı
Virusa yoluxan gənclərin çoxunda ağırlaşma müşahidə edilir
Ermənistanda COVID-19-a yoluxanların sayı 44 953-ə çatıb
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR
Baş infeksionistdən yoluxanlara çağırış: Yalnız həkim təyinatı ilə...
Yaralı əsgərlərlə görüşlərin təxirə salınması təklif edilir
Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru da koronavirusdan öldü
“Bu infeksiya ilə birlikdə yaşamaq qaydasına yiyələnməliyik” - Həkim-infeksionist
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 906-ə çatıb
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 919-a çatıb
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 923-ə çatıb
Türkiyədə COVID-19-a rekord yoluxma
Koronavirusdan qorunmaq üçün diabet xəstələri necə qidalanmalıdır?
“Qışda COVID-19 adi xəstəlik kimi olacaq”
Dünyada COVID-19-a yoluxanların sayı 68 milyonu keçib
Ukraynada COVID-19-a yoluxanların sayı 100 mini ötdü
“Xəstələnmədən qorunmanın əsas yollarından biri məhz...” - Mütəxəssis rəyi
“Xəstəliyə yoluxanların hər gün çoxalmasının səbəbi...” - Direktor müavini
Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 400-ü ötüb
Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb
Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı
Ermənistanda koronavirusdan 4 nəfər gəbərib
- Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb - VİDEO
- Ukraynanın daha bir şəhərində SSRİ bayrağı qaldırıldı - YENİLƏNİB
- Güləşçilərimiz Fransada 3 medal qazandı
- Polis əməkdaşı yol qəzasında ÖLDÜ
- Mingəçevirdə it sahibini PARÇALADI
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Yük maşını yol kənarına aşdı
- "Yargı"da daha bir ayrılıq - FOTO
- Ukrayna Lisiçansk şəhərinə nəzarəti itirir
- Narkotiklə şərlənən şəxsin təqsirsizliyi üzə çıxdı -PROKUROR NARKOTİKİN EVƏ NECƏ QOYULMASINI ARAŞDIRACAQ
- Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
- ABŞ-da atışma olub, iki nəfər ölüb
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Misirdə akula turist qadını parçaladı - Video
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Bazar günü hava necə olacaq?
- "Təxribatların qarşısını almağa hazır olun" - Zakir Həsənovdan generallara TAPŞIRIQ