Vətən Müharibəsində döyüşən jurnalistlərimiz
11-12-2020, 10:35
153

Vətən Müharibəsində döyüşən jurnalistlərimiz

44 günlük Vətən Müharibəsinə qismən səfərbərlik və digər  proqramlar çərçivəsində cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş, döyüşlərdə iştirak etmiş  jurnalistlərin siyahısı  hazırlanıb.
Bu barədə Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib.
O qeyd edib ki, təmsil etdiyi hər iki qurum  27 sentyabr 2020-ci il tarixdən - Vətən Müharibəsinin ilk günündən başlayaraq KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb, prosesləri diqqətdə saxlayıb, zərurət yaranan anda uyğun dəstək verib:
“KİV işçiləri 44 günlük Vətən müharibəsində, cəbhə xəttində  həm xəbər istehsalçısı qismində, həm də səfərbərlik proqramı çərçivəsində  cəlb edilmiş döyüşçü qismində iştirak ediblər. Media təmsilçilərinin fəaliyyəti hər iki istiqamətdə uğurlu olub”. 
M.Ələsgərli bildirib ki, qeyd edilən dövrdə təqribən 27nəfər  jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər, cəbhə xəttinə göndəriliblər:
"27 nəfərin sırasından 2 nəfər döyüşlərin gedişində yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda vəziyyətləri normaldır. Monotorinqlərin nəticəsinə görə, 27 nəfərdən hər birinin xidməti qüsursuz, sağlıqları normaldır. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq  KİV işçisi - ATV-nin keçmiş montajçı-əməkdaşı   Davud Qurbanov  oktyabrın 5-də şəhid olub. Hərbi xidmətin  davam etdiyini, təhlükəsizlik amillərini nəzərə alaraq, səfərbərlik proqramına cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş həmkarlarımızın adlarını hələlik  açıqlamırıq. Onların geri dönüşündən sonra daha detallı informasiyalar veriləcək. Müşahidələrimiz, təmaslarımız davam edir. Şəhid olan həmkarlarımıza  rəhmət, xəsarət alanlara şəfa, xidmətini davam etdirənlərə sağlıq və uğurlar diləyirik!".
Şura sədrinin müavini deyib ki, cəbhə bölgəsində reportyor, xəbər istehsalçısı  kimi fəaliyyət göstərən, atəşə, hücuma məruz qalan, xəsarət alan jurnalistlərlə bağlı ayrıca hesabat hazırlanır və yaxın günlərdə təqdim ediləcək.

Oxşar xəbərlər

Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
MN: Vətən müharibəsində 1245 hərbi qulluqçumuz yaralanıb
Amin Musayevin anası insult keçirdi
"Döyüşə getmək istəyən çox sayda vətəndaş Dövlət Xidmətinə müraciət edib" - General
Azərbaycanda 40 jurnalist koronavirusa yoluxub, 5 nəfər ölüb - Müşfiq Ələsgərli
Paradla bağlı mühüm açıqlama - Müharibədə döyüşən hərbçilər…
Şəhid ailələri və müharibə əlilləriylə bağlı tədbirlər planı hazırlandı
Prezident Vətən Müharibəsində şəhid olanlarla bağlı paylaşım edib
Səfərbərlik zamanı qızlar da çağırılacaq – MÜHARİBƏ OLARSA…
Hərbi qulluqçular bu medallarla da təltif olunacaqlar - SİYAHI
Səfərbərlik Xidməti məlumat YAYDI
"Şəhid ailələri və qazilərə azad edilmiş ərazilərdə torpaq verilməlidir" - deputat
Şəhid Cəbrayıl Dövlətzadənin barelyefinin açılışı olub - FOTO
“Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”
Azərbaycan şəhidlərinin tam siyahısı açıqlandı – Rəsmi
Beyləqan "komissarı" ittiham olunur - ŞOK İDDİA
Vətən müharibəsində şəhid olan mədəniyyət işçiləri
Suqovuşan uğrunda şəhid olan müəllim - FOTO
Çoban Xanışın şəhid nəvələri - Foto
Paradda “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olundu
Bakıda Vətən müharibəsi memorial kompleksi yaradılacaq - Sərəncam
Düşmən texnikalarının nömrələrindən ibarət nəhəng lövhə - Fotolar
91 YAŞLI QOCAMAN ZİYALI
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
İlanlı dağa bayrağımızı sancan şəhidimizin ailəsindən VİDEOREPORTAJ
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Bu gün saat 12-də şəhidlərin xatirəsi anılacaq
Qazaxıstan səfiri Azərbaycan xalqını təbrik etdi
Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlandı