SMS icazə ilə bağlı sistem yenidən aktivləşdirildi - VİDEO
11-12-2020, 12:10
215

SMS icazə ilə bağlı sistem yenidən aktivləşdirildi - VİDEO

Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkədə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirdiyi “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” də qeyd olunan tarixlərdə  fəaliyyət göstərəcək.
Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli Qərarı əsasında fəaliyyət sahəsinə icazə verilən qurum və təşkilatlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda “icaze.e-gov.az” portalından icazə alınaraq hərəkət edə biləcəklər. Portaldan icazənin alınması üçün qurum və təşkilatların möhür səlahiyyətli şəxsləri müəyyən edilmiş əməkdaşları barədə məlumatları portala daxil edə bilərlər. 
Vətəndaşlar isə yaşayış yerini və olduğu yeri tərk etmək üçün 8103 qısa nömrəsinə SMS göndərməlidirlər:
1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün  3 saat müddətinə verilir;
2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün  3 saat müddətinə gündə 1 dəfə verilir;
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. 
Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 "Çağrı" Mərkəzinə müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


Oxşar xəbərlər

Yaşayış yerini icazəsiz tərk etməyə iki halda icazə veriləcək
Bu şəhər və rayonlara giriş-çıxış DAYANDIRILIR
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək qədər uzadıldı
Bakı, Sumqayıt və Abşeron ərazisində həftəsonu repetitor xidməti fəaliyyət göstərməyəcək
SMS icazə sistemi bərpa edildi
Evdən çıxmaq istəyənlərin 29 faizinə rədd cavabı verildi
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Kafe və restoranların fəaliyyəti dayandırıldı
Aztəminatlı şəxslərə yenidən 190 manat veriləcək
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Xüsusi karantin qaydaları bu gündən qüvvəyə minib
Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verdi
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Ticarət obyektləri və restoranlar bağlanır
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Bir sıra şəhər və rayonda iş fəaliyyəti məhdudlaşdırılır
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Bu şəhər və rayonlarda sərt karantin rejimi uzadıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
190 manat üçün təkrar müraciət tələb olunmur
Bu şəxslərə “icaze.e-gov.az” portalı vasitəsilə icazə veriləcək
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Bu şəxslərə 190 manat yenidən veriləcək - RƏSMİ
DYP 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edib
Bu gündən kafe və restoranlar açıldı
“Bəzi qurumlar əməkdaşları ilə müqavilə bağlamağa məcbur olub”