Məhkəmə Vilyam Hacıyevin şikayətini təmin etmədi
11-12-2020, 14:02
142

Məhkəmə Vilyam Hacıyevin şikayətini təmin etmədi

Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verdiyi şikayətə baxılıb.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V. Hacıyevin şikayəti təmin edilməyib. Bir müddət əvvəl Səbail rayon Məhkəməsində V. Hacıyevin həbs müddəti 3 aylıq uzadılmışdı.
Modern.az xatırladır ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib. 
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Səbail rayon Məhkəməsi tərəfindən V. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Bu gün Vilyam Hacıyevin şikayətinə baxılacaq
Həbsdəki sabiq icra başçısı koronavirusa yoluxdu
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
Vilyam Hacıyevin çökdürdüyü sahibkar DANIŞDI
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
Maşallah Əhmədov DTX-yə çağırılıb? - AÇIQLAMA
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
DTX İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirir
80 saylı İmişli-Beyləqan seçki dairəsindəki nəticələrin ləğvində Vilyam Hacıyevin hansı rolu olub?
Məhkəmə Tofiq Yaqublunun şikayətini rədd etdi
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
İcra başçısı məhkəməyə verildi
İcra Hakimiyyəti Vilyam Haciyevin adamı ilə müqavilə bağladı – Yarım milyondan çox…
Həbsdə olan sabiq rəis məhkəməyə gətirilib - Yenilənib
Generalın şikayəti təmin edilməyib
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Hikmət Hacıyevin “Twitter”I bərpa edildi
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
35854 başlıq qoyun ferması və 300 minlik Range Roveri olan icra başçısı da həbs oluna bilər
Məhkəmə Əli Kərimlinin şikayətini təmin etmədi
Rəhim Qazıyevin apellasiya şikayəti təmin edilmədi
XİN-in həbs edilən şöbə müdiri məhkəməyə müraciət etdi
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”