Sumqayıtda yerləşən təhsil müəssisələrində baş verən qanunsuzlar barədə daim redaksiyamıza şikayətlər daxil olubdur. Bunların içərisində Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi xüsusilə seçilir. Xatırladaq ki, bu yaxınlarda ““Vladimirovşina”: Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi direktorun ailə şirkətinə çevrilib” və “Təhsilimizin Vladimir “dərdi”” başlıqlı məqalələr dərc etmişdik. Onu da qeyd edək ki, bu məktəbin direktor sarıdan heç bəxti gətirməyib. Hələ iki il bundan əvvəl də saytımızda “Saxta “covid pasportu” alan məktəb direktoru” və “Təhsil ocağında “korona sərgüzəştləri”” başlıqlı məqalələr də dərc etmişdik. Həmin məqalələrdən də görsənir ki, məktəbdə rüşvətxorluq azalmayıb, əksinə artıbdı. Belə ki, Vladim İbrahimov öz sələflərini korrupsiya əməllərində geridə qoyubdu.
DİA.AZ bildirir ki, V.İbrahimovdan əvvəl məktəbin direktor əvəzi olmuş Sevda Əliyeva dövlət vəsaitlərini müxtəlif üsullarla mənimsəməklə məşğul olubdu. Təhsil ocağı xüsusi tipli məktəb olduğundan orada əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqlar təhsil alır və onlara dərslər ev şəraitində keçilir. Əvvəlki direktorlar Məhəmməd Süleymanov və Mehman Adıgözəlovun zamanından daha artıq pul istəyən S.Əliyeva direktor təyin olunan gündən İcra hakimiyyətinə, Təhsil Nazirliyinə və digər qurumlara vermək adıyla ildə 2 dəfə hər müəllimdən 600-700 manat pul alırmış. Həmin pulu verməyənləri isə maaşa əlavə edilən 50 faiz vəsaiti kəsəcəyi ilə hədələyirmiş. Məktəbdə dərs saatları da pulla satılırmış. Belə ki, 18 saat dərs 500, 24 saat dərs 800 manat imiş. 50 faizə görə də əlavə 500 manat alınırmış ki, guya Hesablama Palatasına çatacaq. Bu azmış kimi direktorun tapşırığı ilə ayda hər müəllimdən 60-70 manat da əlavə pul yığılırmış.
Pandemiya zamanı isə dərslərin keçilməsi demək olar ki, yox səviyyəsinə düşübmüş. Həmin vaxt ondan narazı qalan 9-cu sinif şagirdi Ayxan Allahverdiyevin valideyni Rəsmiyyə xanımın da şikayəti elə dərslərin keçilməməsindən olubdu. Bundan əlavə aktualxeber.az-a daxil olan məlumata görə 2020-ci ilin son aylarında direktor əvəzi Sevda Əliyevanın 17 saylı məktəbdən dəvət etdiyi Sevda Şahmərdanova adlı müəllimədən aldığı 1.200 manat rüşvəti onun koronavirus xəstəliyindən rəhmətə getməsindən sonra ailəsinə qaytarmaq belə istəməyibdir. Rəhmətliyin qohumu Babək Zeynalov adlı şəxsin əlaqədar qurumlara etdiyi şikayətlərdən sonra direktor bu pulu qaytarıbdır.
Həmin vaxt məktəbin bir qrup müəllimələri adından Aynurə Tahirova adlı bir şəxs redaksiyamıza aşağıdakı müraciəti ünvanlamışdı:
“Bildirmək istəyirik ki, Sumqayıt evdə fərdi təhsil məktəbinin müəllimləri olaraq biz daha boğaza yığılmışıq. 2-ci ildir ki, məktəbimizə Sevda Əliyeva adlı bir nəfəri direktor əvəzi göndəriblər. Məktəbə ayaq basdığı gündən ancaq pul yığır. Sevda Əliyeva bizim məktəbə gələnə kimi 500 manata 30 saat dərs alırdıq, bu lap ağ eləyib. 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir, kimin pulu var verib dərsini alır. Bizim pulumuz yoxdur, deyir sizə dərs düşmür. Deyir “mən bura elə-belə gəlməmişəm, məni bura göndəriblər, nazir kimdir mənə göstəriş verə? Mənim arxamda icra başçısı Zakir Fərəcov və təhsil şöbəsinin müdiri Arzu Alızadə durub, nə edirəm onların tapşırıyla edirəm”. Sərt karantin vaxtı bizi məcbur edib işə çıxardırdı, sms götürüb məktəbə gəlib 3-4 saat qorxa-qorxa oturub gedirdik ki, birdən polis tutub cərimə edər. 2 ildir ki, stres içində yaşayırıq. Özü həkim qızının tanışları vasitəsiylə vaksin vurdurmadan saxta covid-19 pasportu alıb, bizi hədələyir ki, sentyabrın 15-ə kimi hər iki vaksini vurdurmayan işə buraxılmayacaq. Qanını yoxlasalar inanın vaksin vurdurmadığı aşkar olacaq. Məktəbdə başqa bir neçə yaxın olan müəllimlərə də belə saxta pasport təşkil edib. Bu qadın əvvəl işlədiyi Sumqayıt 2 saylı orta məktəbdən də elə bu cür əməllərinə görə qovulub, yenə dərs çıxarmayıb, direktor imtahanından keçə bilməyən adamı bizə rəhbər qoyublar, gələn gündən pul, pul deyir. Diaqnostikdən 6 bal yığana dərs verir, 40 bal yığana vermir, deyir pul verməsən dərs yoxdur, mən yuxarı haqq verirəm, şəhərdə abadlıq işləri görülür, şəhərin şəhid və qazi ailələrinə yardım edirik. Halbuki yalan deyir, Prezident ildə neçə dəfə Sumqayıtın abadlğına pul ayırır, şəhid və qazi ailələrinə də YAŞAT fondu qayğı göstərir. S.Əliyeva dərsləri satıb pulunu Arzu Alızadə ilə bölür. Bizdən pul yığıb saytlara, jurnallara verib özü barədə tərif yazıları yazdırır. Sonra da bizə deyir ki, hər sayta ayda 200 manat verirəm ki, məktəbə dəyməsinlər. Sevda Əliyeva 2 il direktor olduğu vaxtda bir dəfə də dərs keçməyib, məktəbdə oturub ancaq valideynlərə zəng edib deyib ki, “filan müəllimədən imtina edin, yoxsa uşağınız gələn il tibbi komissiyadan keçməyəcək”. Tibbi pedaqoji komissiyanın müdiri ilə əlbur olub dediyi ilə razılaşmayan valideynləri də incidir, uşaqlarını məktəbdən uzaqlaşdırmaqla hədələyir. Bu cür yollarla dərsləri müəllimlərdən alıb əvəzetməyə çıxarıb pulunu özünə götürür. Sevda Əliyeva bu 2 ildə o qədər qanun pozuntusu edib ki, artıq boğaza yığılmışıq və nə edəcəyimizi bilmirik. İş o yerə çatıb ki, məktəbin savadlı müəllimləri qıraqda qalıb başqa məktəblərin müəllimələrini çağırır ki gəlin pul verin dərs verim. Bazar günü məktəblər bağlıdır, S.Əliyeva dərs bölgüsü eliyir, biz haqsızlığa etiraz edəndə də özünə nəsə edib qanını üstümüzə tökəcəyini deyir. Çox xahiş edirik, məktəbimizə elə öz kollektivimizdən Elnurə müəllimə direktor əvəzi təyin olunsun, məktəbin işini də o aparırır, özü də ədalətli insandır. Biz Sevda Əliyevanı istəmirik”. Bu müraciətdən də göründüyü kimi kollektivin istəyi nəzərə alınmayaraq Elnurə müəllimə deyil, başqa bir məktəbdən rüşvətxorluğa görə işdən çıxarılan Vladim İbrahimovu Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva nələrinsə müqabilində Sumqayıt Evdə Fərdi Təhsil Məktəbinə direktor təyin edibdi.
Bu qədər qanunsuzluqlar etmiş bir şəxs isə İlhamə Abdullayevanın himayəsinə sığınaraq Sumqayıtda 21 saylı orta məktəbdə hələ də direktor müavini işləyir və öz əməllərini orda davam etdirir. Ümidvarıq ki, əlaqədar orqanlar bu yazımızdan sonra dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısını alacaq və günahkarları cəzalandıracaqdır.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Direktor sarıdan bəxti gətirməyən məktəb - İLGİNC İDDİALAR...
16
oktyabr
15:47

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil ocağında “korona sərgüzəştləri”
Gənc nazirin bunlardan XƏBƏRİ VARMI? - İDDİA
Barəsində şikayətlər var idi... işdən çıxardılar: İNDİ DƏ... - BURDA MEYDAN SULAYIR...
Sumqayıt təhsilində NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Təhsilimizin Vladimir “dərdi” - İTTİHAM VAR...
Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi direktorun ailə şirkətinə çevrilib - İLGİNC İDDİALAR...
Saxta “covid pasportu” alan məktəb direktoru
Kürdəmirdə təhsil adına nə desən var... TƏHSİLDƏN BAŞQA... - İLGİNC İDDİALAR...
Rüşvətə görə işdən çıxarılan direktor başqa vəzifədə çalışır
Sumqayıt təhsili ona əmanət idi... - O İSƏ...
"Direktor 29 sinif açıb, hansı maraqla?" - Müavin öz məktəbindən ŞİKAYƏTÇİ DÜŞDÜ
Rüşvətə görə işdən çıxarılan direktorun yerinə TƏYİNAT
Bu direktorlar məktəbi məhv edəcək – Əsgərov
Bakıda 30 məktəbin direktoru işdən çıxarıldı
Mirsaleh Seyidovla Behbudovların arasında nələr baş verib? - İLGİNC İDDİALAR...
Heç bir şagirdi universitetə qəbul olmayan məktəbin direktorundan AÇIQLAMA
Bakıda son 9 ayda 11 məktəb direktoru işdən çıxarılıb
Slovakiyada məktəbə silahlı hücum: Ölənlər var
Bakıda təhsil alacaq şagirdlərin sayı açıqlandı
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
Bakıda 25 məktəb direktoru işdən çıxarıldı
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Məktəbli qızı döydüyü deyilən direktorla bağlı YENİ XƏBƏR
Buralarda rüşvəti AŞKAR ŞƏKİLDƏ YIĞIRLAR... - İTTİHAM VAR!
Bu məktəbin direktor əvəzi və direktor müavini işdən ÇIXARILDI
Bakıda nə qədər şagird və müəllim var?
Beyləqanda həyat yoldaşı həbs olunan məktəb direktoru haqda ŞOK İDDİALAR - BU NƏDİ BELƏ?
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Cəlilabadda yeni DƏRS İLİ BELƏ BAŞLADI... - NARAZILIQ!
Bakıda 18 məktəb direktorunun əmək müqaviləsinə xitam verildi
- Ağız qoxusu bu xəstəliklərin ilkin əlaməti ola bilər
- Bütün günü yuxulusunuz? – DİQQƏTLƏ OXUYUN
- Havaların kəskin dəyişməsinin sağlamlıq üçün FƏSADLARI - HƏKİM DANIŞDI
- Rəhbərliyə xəbərçilik edən iş yoldaşını bıçaqladı - Bakıda qəribə hadisə
- Çox yatmaq təhlükəlidir – Alimlər açıqladı
- Rusiya XİN Lavrova görə Baltikyanı ölkələrin XİN başçılarının ATƏT tədbirinə qatılmamasına münasibət bildirib
- Çindən və Cənubi Koreyadan Azərbaycana gələnlərin sayı artıb
- "Şahramanyan bununla bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır" - Babayan
- Məhkəmə "Baku Steel Company"nin keçmiş rəhbərinin əmlakları ilə bağlı qərar verib
- Bakıda metroda ÖLÜM
- ABŞ-ın yeni səfiri bu həftə Bakıya gəlir
- Nazir onu direktor təyin etdi - FOTO
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi