Dekabrın 10-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 27 əmanətçiyə 608,07 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
Gündəlik Bakı Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan dekabrın 10-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 233,42 milyon manat kompensasiya ödənilib.
"AG Bank" üzrə 4533 əmanətçiyə 108,93 milyon manat, "NBC Bank" üzrə isə 4122 əmanətçiyə 124,48 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən dekabrın 10-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 374,65 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5715 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 138,31 milyon manat, "Ata Bank" üzrə 9657 əmanətçiyə isə 236,33 milyon manat təşkil edib.
Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.
Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.
Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.
Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib? - AÇIQLAMA
11
dekabr
21:11

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bağlanan bankların əmanətçilərinə bu qədər vəsait ödənildi
Əmanətçilərə 535 mln. manata yaxın kompensasiya ödənilib
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb
Bağlanmış banklarda əmanətləri qalan şəxslərin nəzərinə - Bu gündən...
Azərbaycanın bank sektoru aktivlərini 8% artırıb
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır
Bu gündən «Atabank» və «Amrahbank»dakı əmanətlər - QAYTARILIR
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
Noyabr ayının pensiya vəsaitləri hesablara köçürülüb
“Azər Türk Bank”ın 2 departament direktoru vəzifəsindən AZAD EDİLDİ
Pensiyalar ödənildi
“YAŞAT” Fondunun bank rekvezitləri açıqlanıb
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
Əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir
Banklarda kredit verilməsi prosesi sadələşir
Bu ay üzrə ünvanlı sosial yardımlar ödənilib
Kapital Bank-dan təqaüdçülərə güzəşt
Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY
Prezident soruşdu, nazir bankları tənqid etdi: "...ürəkaçan deyil"
"Bank VTB" Şuşa qəhrəmanının ailəsini aldadıb - Bank isə deyir ki...
"Belə ədəbsizcəsinə kartıma müdaxilə edib,xarici saytları bəhanə gətirməyin. " - "Kapital Bank"dan şikayət var..FOTO
May ayında koronavirusa görə birdəfəlik ödəmə bu yolla veriləcək - Nazir müavinindən AÇIQLAMA
“Banklar şəhid ailələrinə güzəştə getməlidir” - Deputat
"AccessBank" bağlanır?
- Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
- Qızıl və gümüş cüzi bahalaşdı
- Müharibədə nə qədər uşaq qətlə yetirilib?
- "Liverpul" dünya çempionunu transfer etdi
- Ana südü ilə qidalanmanın zehni qabiliyyət arasındakı ƏLAQƏ
- 25 il harada işlədiyi məlum olmayan İlqar Abbasov 2004-cü ildə necə Nərimanovun icra başçısı oldu? - İlqar Abbasovla Adil Vəliyevi hansı tellər bağlayır...
- Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu
- Tələbələr imtahandan keçid üçün görün hansı üsula əl atırlar - VİDEO
- İraqın şimalında əməliyyat: 2 PKK terrorçusu zərərsizləşdirildi
- Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA
- Ədliyyə Nazirliyinin yüksək vəzifəlisinə cinayət işi açıldı - Təfərrüat
- Bu şəxslərlə bağlı yeni cərimələr müəyyən edilir
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar