Bu gün sabiq prezident Heydər Əliyevin vəfatının ildönümüdür. Mərhum prezidentin vəfatından 17 il ötür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
Təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülüb. 27 mart 1997-ci ildə isə Kiyevdə H.Əliyevə Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilib.
Bu gün Heydər Əliyevin ANIM GÜNÜDÜR
12
dekabr
09:36

Qarabağ
OXŞAR XƏBƏRLƏR
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Bu gün Hikmət Hacıyevin ad günüdür
"İlham Əliyev Azərbaycan xalqının Atatürküdür"
Naxçıvan MSK-ya sədr seçildi
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Əli Əhmədov: "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub"
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezidentlər Heydər Əliyevin məzarını ziyarət ediblər
Türkiyə televiziyası Heydər Əliyevə həsr olunmuş süjet hazırlayıb - VİDEO
Vasif Talıbov Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub
Faiq Ağayev sədr müavini təyin olundu
Pənah Hüseyn: “Mən Lotuyam...” - Video
Mədəniyyət Nazirliyində yeni TƏYİNAT
Heydər Əliyev Fondu eşitmə qüsurlu uşaqları sevindirdi - FOTOLAR
"Azərbaycan İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək" - Ərdoğan
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
Heydər Əliyevlə çoban Xanışın dostluğu - Videotəqdimat
“AXC-Müsavatın yaratdığı anarxiya Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı”
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
İlham Əliyevdən generalla bağlı SƏRƏNCAM
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Mehriban Əliyeva üçün özəl gün
Baş nazirin sabiq birinci müavini Abbas Abbsov saxlanıldı
Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini üzərinə götürdü
İlham Əliyevin Şuşadakı şəklinin tarixi - FOTO
Paradda qoşun növlərinə onlar rəhbərlik edib - ADLAR
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvü Prezident İlham Əliyevə məktub göndərib
- Yaşlanmanın qarşısını alan təbii yağlar - SİYAHI
- Lənkəranda narkotikə görə 14 nəfər saxlanıldı
- Rusiyadan 400 min könüllü əsgər həmləsi
- İran Yunanıstanla bağlı iddiaları rədd etdi
- Ukrayna Rusiyanın itkilərini açıqladı
- Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırdı
- Bakı-Qazax yolunda toz burulğanı sürücüləri çətin vəziyyətə saldı - VİDEO
- Ekspertin ifadəsində ziddiyyətli hallar ortaya çıxdı - "Nərmin işi"
- Yeni Agentliyin fəaliyyət istiqamətləri məlum oldu
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı
- “Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi
- Prezidentdən Zaur Mikayılovla bağlı SƏRƏNCAM
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü