Toy mərasimi keçirilən restoran hansı məmura məxsus olub?
12-12-2020, 14:23
679

Toy mərasimi keçirilən restoran hansı məmura məxsus olub?

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevin taleyini yaşaya bilər.
Yenisabah.az xəbər verir ki, blogger Ata Abdullayev Abşeron rayonu ərazisində fəaliyyət göstərən Şamlıq restoranında çəkiliş aparıb. Videodan görünür ki, restoranda toy mərasimi təşkil olunub.
Ata Abdullayev çəkiliş apararkən bir neçə dəfə restoranın Qorxmaz Hüseynova məxsus olduğunu bildirib.
Videonun sosial şəbəkələrdə və internet mediada tirajlanmasına baxmayaraq hələ ki, “Azərsu” ASC-dən heç bir reaksiya verilməyib.
Fakt təsdiqini tapacağı təqdirdə Qorxmaz Hüseynovun karyerasına son qoyula bilər. Amma bəzi məlumatlara görə, restoranın “Azərsu” rəhbərinə aidiyyəti yoxdur. Bu iddialar o qədər də inandırıcı görünmür. Hər halda toy mərasimi başlamamış bundan xəbər tutan və dərhal ora gələrək çəkiliş aparmaqla yanaşı Abşeron Rayon Polis Şöbəsinə məlumat verən Ata Abdullayev kifayət qədər hazırlıqlı görünür. Aydın şəkildə sezilir ki, o, həm restoran, həm də toy mərasimini təşkil edənlər barədə detallı şəkildə məlumatlandırılıb.
“Azərsu”nun da susması məsələnin bu və ya digər formada Qorxmaz Hüseynova aidiyyatı olmasına şübhələri artırır.
Karantin müddətində belə bir addım atmağın cəzası ağır ola bilər. Ortada Ramiz Mehdiyev nümunəsi var. AMEA prezidenti siyasi postunu elmi təsisata dəyişsə də, hələ də kifayət qədər güclü fiqur hesab edilir. Amma buna baxmayaraq, karantin müddətində kürəkəni, keçmiş deputat İlham Əliyev qızına toy etdiyi üçün inzibati qaydada həbs olundu. Onunla birgə qudası Rövşən Mustafayev də inzibati təcridxananı “ziyarət” etməli oldu. Ramiz Mehdiyev isə prosesə nəinki mane ola bilmədi, hətta özünə qarşı ittihamları belə, neytrallaşdıra bilmədi. Təxminən 1 ay media bu məsələdən yazdı, deputatlar, ayrı-ayrı ictimai-siyasi  fiqurlar bu barədə danışdı. Əsas hədəfdə isə təbii ki, Ramiz Mehdiyevin özü idi.
Qorxmaz Hüseynov Ramiz Mehdiyev qədər çəkili fiqur hesab edilmir. Bu baxımdan, restoranın “Azərsu” sədrinə məxsus olması barədə iddialar doğrudursa, onun Ramiz Mehdiyevdən də pis vəziyyətə düşəcəyi şübhəsizdir.  
 

Oxşar xəbərlər

"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
Qorxmaz Hüseynovun qardaşı bir ailəni necə bədbəxt edib?!
Bakıda restoranda toy etmək istəyənlər Polis Bölməsinə gətirildi
“Azərsu”-nun korrupsioner Mingəçevir rəisi bu dəfə Prezidentə qarşı: SAHİBKARLAR ŞƏHƏRİ TƏRK EDİRLƏR
SOCAR və AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ?
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ramiz Mehdiyevin Qusarda da villası varmış...
Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - AÇIQLAMA
Ramiz Mehdiyevin ölüm xəbəriylə bağlı AÇIQLAMA
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO
Balakəndə nişan mərasimi keçirən 8 nəfər saxlanıldı - FOTO
Tovuz rayon su kanal idarəsinin rəisi Darvin Hüseynovun “mütərəqqi” korrupsiya üsulu
Xızıda  “Azərsu”  problemi… -Mühəndis neqativ halı inkar edib
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?
“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto
“Bəli, qaçqınları təhqir etmişəm” - Qorxmaz Əlili + Video
Jurnalistə nazirlikdə vəzifə verildi
Hadi Rəcəbli nəvəsinə toy etdiyini təsdiqlədi və əsəbiləşdi...
Su, qaz, enerji  İTKİ-si  bu dərəcədə ola bilməz..- DaşArx  kəndinin sakinləri niyə kəndlərinin adını dəyişmək istəyir ?
Aztv-nin əməkdaşını öldürən Gömrük generalının qardaşı oğlu imiş -EKSKLÜZİV
Separatçı rejimin Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edildi - Foto
Gundelik-baku-com dövlətlə vətəndaş arasında uçurumun olmasını istəmir-Qorxmaz Hüseynova  səmimi müraciət
Ramiz Mehdiyevin qohumu Abşeronu susuz qoyur-VIDEO
Tacir Şahmalıoğlunun oğlu qəzaya düşdü, çəkiliş zamanı halı pisləşdi - VİDEO
Azərbaycan XİN-dən “Euronews”un çəkiliş qrupunun atəşə tutulmasına MÜNASİBƏT
Şəhid baş leytenant ölümündən sonra oğul atası oldu - VİDEO
Məmurun kürəkəni karantin qaydalarını pozdu
Hadi Rəcəblinin nəvəsinin toyu Emin Ağalarovun restoranında keçirilib - Yenilənib
Kürdəmirdə yas təşkil edənlər cərimələndi - FOTO