MN və DTX məlumat yaydı: 4 şəhidimiz, 3 yaralımız var
13-12-2020, 14:27
166

MN və DTX məlumat yaydı: 4 şəhidimiz, 3 yaralımız var

10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun  Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb.
Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verilib.
Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət edib.
Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bütün şəraiti təmin edib. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyü bildirib.
Ümumiyyətlə, Rusiya Federasiyası sülhməramlı qüvvələri atəşkəs rejiminin qorunub saxlanması və “itkin düşmüş”, “azmış” olduğu iddia olunan erməni hərbçilərinin ərazidən təxliyəsi üçün məsuliyyətlə və yüksək peşəkarlıqla öz üzərinə düşən vəzifələri yerinə yetirib. Həmin erməni silahlı dəstələri ərazini tərk etməyib, əksinə, döyüş mövqeləri yaradıb və son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törədiblər. Belə ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb,  dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu  həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.
Qeyd olunan nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb: "Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir.
Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir.
Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir".

Oxşar xəbərlər

Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb
Ermənilər Daşkəsəni atəşə tutdu, meşəlik ərazi yandı
Rusiya MN-dən Kəlbəcərlə bağlı AÇIQLAMA
Şuşa uğrunda döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi təhvil alındı
Düşmən Göygölü atəşə tutdu: Meşədə yanğın başladı - RƏSMİ
Ermənistanın atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verdi
“Paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi xəbəri yalandır”
Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı – Açıqlama
Şuşada PKK-çılara Azərbaycan hərbi forması geyindirilir - Prezidentin köməkçisindən xəbərdarlıq
Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Qəbələnin dağ kəndində 5 nəfər köməksiz vəziyyətdə qalıb
Rusiyanın sülhməramlı qüvvələri Qarabağda - Video
Ermənilər yenə Göygölü atəşə tutdu - Yanğın baş verdi
Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”
İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - AÇIQLAMA
Laçın azaddır - Ordumuz rayona daxil oldu
Bəs Azərbaycanlılar Xankəndinə QAYITMAYACAQMI? - Rusiya hərbçiləri daha 475 ermənini qaytardı
Rusiya Qarabağda niyə ev tikir?
“Qarabağ Azərbaycanın tərkibindədir, Ermənistan yalnız Laçın dəhlizindən istifadə edəcək” – Hərbi ekspert
44 günlük Qarabağ müharibəsi... – Qalib Azərbaycandır
Ermənistana 400-dən çox rusiyalı sülhməramlı gətirilib
"Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib" - Prezident
Təltif edilməyən generallar - SİYAHI
Azərbaycan 2 Ermənistan vətəndaşını azad etdi
Azərbaycan Müdafiə Nazirliyi: Bomba Calal Arutyunyanı parça-parça edib
Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanıldı
“Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” - İlham Əliyev
Rusiya MN-dən Laçının Azərbaycana təhvil verilməsi barədə açıqlama
RF Müdafiə Nazirliyi: Qarabağda təmas xətti boyunca atəşkəs müşahidə olunur
Ermənistanın müdafiə naziri Rusiya sülhməramlılarının komandanı ilə görüşdü