Sabah hava necə olacaq?
13-12-2020, 14:39
267

Sabah hava necə olacaq?

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 14-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı  gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.  
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz  10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  65-75 faiz  olacaq
Dekabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam  bəzi qərb rayonlarında yağıntılı olacağı, qar  yağacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 0-4,  gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 şaxta olacaq.  

Oxşar xəbərlər