Yaralı hərbçilərin və şəhid ailələrinin təminatına dəstək fondu yaradıldı
14-12-2020, 13:47
136

Yaralı hərbçilərin və şəhid ailələrinin təminatına dəstək fondu yaradıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 14-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində yaralanan şəxslərin vəşəhid ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsində vətəndaş cəmiyyəti təşəbbüslərinin və bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu(bundan sonra – Fond) yaradılsın.
2. “Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanmış hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi məqsədilə yaradılır;
3.2. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır;
3.3. Fondun vəsaitinin sərəncamçısı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (bundan sonra –Nazirlik).
4. Nazirlik:
4.1. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmasını, həmin şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin onların sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını təmin etsin;
4.2. fiziki və hüquqi şəxslərin Fonda könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin;
4.3. Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırsın;
4.4. Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etsin;
4.5. Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etsin;
4.6. Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik vəillik hesabatları, habelə digər zəruri məlumatları aidiyyəti üzrə təqdim etsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Oxşar xəbərlər

“YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi - SİYAHI
Döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək veriləcək - Azərbaycanda “YAŞAT” Fondu yaradıldı
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
“YAŞAT” Fondunun bank rekvezitləri açıqlanıb
Bank Respublika “YAŞAT” Fonduna 200 min manat köçürdü
Vasif Talıbov Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub
Deputatdan vətəndaşlara çağırış
Yeni fond şəhid ailələri və qazilərin kredit borcunu həll edəcək - Detallar açıqlandı
Vasif Talıbovdan yeni təyinat
Naxçıvan MSK-ya sədr seçildi
Azərbaycanda nazir müavini işdən çıxarıldı
“YAŞAT”ın Himayəçilik Şurasının ilk iclası keçirildi
Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı FƏRMAN
Vasif Talıbov yaralı hərbçilərə baş çəkdi - FOTO
“YAŞAT” Fonduna ianə belə ediləcək
Şəhid ailələrinə ödənişlər edildi
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Sabah sükut olacaq – Prezidentdən qərar
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
Şəhid ailələrinə və qazilərə hansı güzəştlər ediləcək? - Deputatdan açıqlama
Azərbaycan Ordusuna Yardım Fondu yaradılır - Fərman
Prezident hərbi vəziyyət elan edilməsi haqqında Fərman İMZALADI
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM
Naxçıvanı Azərbaycanla birləşdirəcək dəhliz haqda açıqlama
Erməni terrorunun qurbanı olan mülki şəxslərə şəhid statusu verildi
Mülki şəhidlərin ailələrinə sosial ödənişlər təyin olundu
Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
Əliyevdən azad olunan torpaqlarla bağlı mühüm sərəncam – Qərargah yaradıldı