Şəhid olmuş və müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçularımıza birdəfəlik sığorta ödənişləri təmin edilir.
Vətən müharibəsində, həmçinin I Qarabağ müharibəsi dövründə şəhid olmuş və müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçularımıza birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankında rəhbər işçilərdən ibarət İşçi Qrupu yaradılıb.
İşçi Qrupu tərəfindən əlaqədar dövlət qurumları ilə, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hərbi qulluqçulara və ya onların vərəsələrinə sığorta ödənişlərinin operativ həyata keçirilməsi, bu məqsədlə lazımi təsdiqedici sənədlərin qısa zamanda hazırlanması üçün mütəşşəkkil qaydada iş aparılır.
Yaradılmış İşçı Qrupu dərhal şəhidlər, müharibə əlilləri, veteranları və iştirakçılarının sosial məsələləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən İşçi Qrupu ilə videokonfrans şəklində görüş keçirib, bu kateqoriyadan olan hərbi qulluqçuların sosial məsələlərinin həlli üzrə qarşılıqlı müzakirələr aparılıb və birgə fəaliyyət proqramı müəyyən edilib.
Eyni zamanda həmin İşçı Qrupuna Mərkəzi Bankdan və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (Azərsığorta) nümayəndələr daxil edilib.
Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanunu”na görə ölüm (şəhidlik), əlillik və xəsarət halları zamanı onlara sığorta ödənişləri Azərsığorta tərəfindən verilir.
Müvafiq sığorta ödənişlərinin əldə edilməsi üçün edilən müraciətlərə Azərsığortanın əsas ofisi və ya rayon filiallarında dərhal baxılması və ödənişlərin qısa zamanda həyata keçirilməsi məsələləri İşçi Qrupu tərəfindən idarəetməyə və nəzarətə götürülüb. Şirkətin əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunur, onlara ödənişin verilməsi prosesinin asanlaşdırılması üçün bütün lazımi köməklik və zəruri hüquqi dəstək təmin olunur.
Hərbi qulluqçularımızın və ya onların ailə üzvlərinin sığorta ödənişinin əldə edilməsi ilə bağlı hər hansı problemləri olarsa Mərkəzi Bankın “966” qaynar xəttinə zəng vurmaqla müraciət etmələri xahiş olunur.
Şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
14
dekabr
18:01

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şəhid ailələrinə ödənişlər edildi
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
İşsizlikdən sığorta ilə bağlı şərtlər yumşaldılacaq
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
"Qala sığorta"nın daş kimi susqunluğu... - GİLEY
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Səfərbərlik Xidməti məlumat YAYDI
Şəhid ailələri və müharibə əlilləriylə bağlı tədbirlər planı hazırlandı
Nazirlik hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib
Yaralı hərbçilərin və şəhid ailələrinin təminatına dəstək fondu yaradıldı
Azərbaycan şəhidlərinin tam siyahısı açıqlandı – Rəsmi
Xəsarət almış şəxs sığorta ödənişini ala bilmir - Şikayət
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Siraqəddin Cabbarovla bağlı ŞOK İDDİA - Özünə necə xal toplayır...
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək veriləcək - Azərbaycanda “YAŞAT” Fondu yaradıldı
Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
Həqiqi hərbi xidmətə çağırışla bağlı açıqlama
Şəhid ailələrinə və qazilərə hansı güzəştlər ediləcək? - Deputatdan açıqlama
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
"Biz öz torpağımızda vuruşuruq" - Prezident
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Dövlət Xidməti: 8500-ə yaxın vətəndaş döyüşə getmək üçün qeydiyyata düşüb
“Günay Sığorta”nın sədr müavini ISB-ya transfer olub
Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
Erməni işğalının sığorta bazarımıza vurduğu ziyan
Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir? - RƏSMİ
- Tokio aeroportunda 2 təyyarə toqquşub
- Böyük Britaniyanın keçmiş baş naziri Conson parlamentdən istefa verdi
- Türkiyədə 2 bələdiyyə işçisi bir-birini güllələdi
- Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
- Təbrizdə narazı xalq prezidentin kortejinin qarışını kəsdi
- Musk Fransada Tesla zavodu tikmək istəyir
- "Gizli saklı"nın aktrisası yeni serialda
- Ötən gün yol qəzalarında 2 nəfər ölüb
- Azərbaycan neftinin qiyməti dəyişmədi
- Estoniya XİN 58 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda Patriarx Kirill də var
- Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
- Filippində vulkan püskürdü: On mindən çox sakinin təxliyəsinə başlanıldı
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar
- Gürcüstan prezidenti Saakaşvilini elektron qolbağla azadlığa buraxmağı təklif edib
- Ukraynanın hava hücumundan müdafiə sistemlərinin səmada zərərsizləşdirdiyi onlarla raket
- “Taliban” “Nestle”ni Əfqanıstan bazarına buraxır
- ABŞ müdafiə və hərbi xərcləri azaldacaq
- Məşhur türkiyəli aktyor yaşadığı evdən çıxarılır
- İbrahimoviçin “Milan”ı tərk edəcəyi dəqiqləşdi