Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib.
Onlarla bərabər Qarabağdakı Rusiya sülhmərmlılarının rəhbəri Rüstəm Muradov da Bakıya gəlib. 
Qeyd edək ki, dünəndən sülhməramlılarla bağlı cəmiyyətimizdə haqlı narazılıq yaranıb. Rüstəm Muradovun Bakıya gəlişi ilə bağlı hər hansı rəsmi açıqlama olmayıb.