Hər kəs bu virusa yoluxacaq: Gərginlik davam edir
15-12-2020, 09:27
123

Hər kəs bu virusa yoluxacaq: Gərginlik davam edir

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusa yoluxanların sayı fəlakət həddinə çatıb. Bu səbəbdən koronavirusla bağlı test yoxlanışından keçmək istəyənlərin də sayı xeyli artıb.
Qeyd edək ki, ölkəmizdə koronavirus xəstəsinin ailə üzvləri və onunla əlaqədə olan digər şəxslər dövlətimiz tərəfindən pulsuz olaraq testdən keçirilir. Lakin özündə olan simptomlardan şübhələnərək öz şəxsi istəyi ilə testdən keçmək istəyənlər müəyyən özəl klinikalara müraciət edə bilir.
Beləliklə, hazırda Bakıda özəl klinikalarda koronavirus testlərini əldə etmək mümkündür. Özəl klinikalarda da virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Lakin testin qiyməti hər kəs üçün əlçatımlı deyil. Belə ki, burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 100-130 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir. Qan analizinin nəticəsi adətən gün ərzində məlum olur. Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır.
Lakin bu bir faktdır ki, bəzi hallarda koronavirus testlərinin cavabları doğru çıxmır. Bəzən test cavabı pozitiv çıxan şəxs sonradan qan analizi verdikdə cavab neqativ olur. Və yaxud əksinə. Bəs bunun səbəbi nədir, keyfiyyət yoxsa başqa amillər?
Xatırladaq ki, ölkəmizə gətirilən testlər Almaniyanın “Qiagen” şirkətindən alınır və bu testlərin çox keyfiyyətli olduğu bildirilir. Mütəxəssislər də qeyd edir ki, bəzən yoluxmanı müayinə etmək üçün istifadə edilən testlərdə xətalar baş verə bilər. Bu, götürülən yaxmanın az və çoxluğundan asılı ola bilir.
Məşhur rusiyalı virusoloq Tatnana Romanenko bugünlərdə koronavirus testinin səhv cavablarının səbəbi haqda aşağıdakıları qeyd edib: “Koronavirus testindən əvvəl pasiyentlərə su içmək, siqaret çəkmək və burnu silmək olmaz. Eyni zamanda laboratoriya üçün qaydalar var: həkimlər test üçün vaxtı düzgün seçməli və proseduru izləməlidirlər. Müəyyən qaydalara riayət edilməsə, burun keçidlərində kifayət qədər dərindən nümunə götürülməyibsə, yaxud xəstə əvvəllər burnunu silmiş, yumuşsa, o zaman testin cavabı səhv ola bilər". Həmçinin boğazdan yaxma götürülməzdən əvvəl xəstə ağzını antiseptik məhlulla yaxalamamalı və yemək yeməməlidir. Digər rusiyalı həkim Qalina Kojevnikova da testdən üç saat əvvəl yemək, içmək və dişləri yumağın qadağan olduğunu bildirib.
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla testlərin hansı halda yanlış cavab verməsindən danışıb: “Yaxma vasitəsilə götürülən testin cavabı daha dəqiqdir. Onun cavabı 90 faizin üstündədir. Lakin qan vasitəsilə götürülən testin dəqiqliyi aşağıdır. Diqqət etmək lazımdır ki, yaxma dəqiq götürülsün. Məsələn, pasiyent test götürülməzdən əvvəl yemək yeməməlidir. Və yaxud burun boşluğundan yaxma götürəndə bir çoxları bundan qıcıqlanır və özünü dartır. Beləliklə, yaxmanı düzgün götürməyəndə analiz doğru çıxmır. Amma qeyd etdiyim kimi, yaxma analizi daha dəqiqdir.
Bir məsələni da bildirim ki, koronavirusun analizi heç də əsasən test əsasında qoyulmamalıdır. Bu məsələ kompleksli şəkildə aparılmalıdır. Məsələn, ilk növbədə xəstədə halsızlıq, qızdırma varsa, bu, dəqiq araşdırılmalıdır".
Qeyd edək ki, artıq bir sıra qonşu ölkələr, o cümlədən Gürcüstan kütləvi vaksinasiya prosesinə hazırlaşır.  Gürcüstan rəsmilərinin yaydığı məlumata görə, koronavirusa qarşı peyvəndləmə prosesinin davamlılığını təmin etmək üçün xüsusi işçi qrupu yaradılıb. Ölkədə koronavirusa qarşı peyvəndin 2021-ci ilin mart-aprel aylarında əlçatan olacağı gözlənilir. Hökumətin əldə edəcəyi vaksin Gürcüstan əhalisi üçün ödənişsiz olacaq.
Vaksinə gəldikdə isə  bu günə qədər bir çox inkişaf etmiş ölkələrdə koronavirusa qarşı vaksin hazırlandığı açıqlanıb. Onların arasında ABŞ, Çin, Rusiya, Türkiyə və digər dövlətləri göstərmək olar. ÜST-in saytında hazırda işlənməkdə olan vaksinlərin tam siyahısı var və bu siyahı müntəzəm şəkildə yenilənir. Bu vaksinlərin hansının daha effektli və faydalı ola biləcəyini isə indidən demək mümkün deyil.
Qeyd edək ki, ABŞ-ın “Moderna” şirkəti koronavirusa qarşı hazırladığı vaksinin 100 faiz effektiv olduğunu açıqlayıb. “Fox News”un yaydığı xəbərə görə, ilkin analizlərdən sonra müəyyən edilib ki, vaksinin effektivliyi 94,1%, xəstəliyin ağır hallarında isə 100% olub. “Moderna” hələlik 100 faiz effektiv olan yeganə vaksindir. İndiyədək bir neçə vaksinin də effektiv olduğu məlum olub, onların effektivliyi 90-95 faiz arasında dəyişir.
Çin koronavirusun genomunu Rusiyaya verib və iki ölkə ailmləri virusa qarşı birlikdə vaksin hazırlayırlar. Bu barədə Rusiyanın Çinin Quançjoudakı Baş Konsulluğundan bildirilib. Məlumata görə, koronavirus genomu verildikdən sonra Rusiya alimləri insanda virusun mövcudluğunu 2 saata təsdiq etməyə imkan verən ekspress testlər tətbiq ediblər. Rusiya və Çin mütəxəssisləri vaksinin hazırlanmasına artıq başlayıblar.
Adil Qeybulla deyib ki, indi insanlar vaksini xüsusi bir şey kimi gözləyir: “Əvvəla, Azərbaycanda artıq kollektiv immunitet formalaşmaqdadır. Əhalinin demək olar ki, böyük əksəriyyəti virusa yoluxub. Əgər əhalinin 70 faizi virusa yoluxarsa, deməli, kollektiv immunitet yaranır. Vaksinasiya bu problemi tam həll edə bilməyəcək. Çünki virusun 285-dən çox ştampı var. Bunlardan bəziləri çox güclü, bir qismi isə zəif ştamplardır. Vaksin adətən bütün bu ştampların hamısını əhatə etmir. Ona görə də vaksinasiya ilə bağlı problemi tam aradan qaldıra bilməyəcəyik.
İkinci bir tərəfdən, nəfəs yollarının infeksiyası əbədi deyil. Bunların bir spesifik prosesi, 1-2 ay müddəti var. Ona qədər də kollektiv immunitet yaranacaq və yoxa çıxacaq. Koronavirusdan əvvəl də bu cür pandemiyalar olmuşdu və kollektiv immunitet yarandıqdan sonra aradan yox olmuşdu, hətta insanların əksəriyyəti bu haqda unudub.
Düşünürəm ki, insanlar indi əsasən koronavirusla mübarizə qaydalarına düzgün əməl etməlidir. Məsafə gözlənilməli, əllərin dezinfeksiyasına ciddi əməl olunmalı, tibbi maskadan istifadə edilməlidir. Burnu açıq, istədiyin yerdə istədiyin vaxt maska taxmaq, bunlara yol vermək olmaz. Maska düzgün, tələb olunan qaydada taxılmalı, ağız-burun tam örtülməlidir. Yalnız bu yolla özümüzü qoruya biləcəyik. Yoxsa ki, vaksin gələcək, koronavirus bitəcək fikirləri ilə davranmaq olmaz".

Oxşar xəbərlər

Koronavirus testi ölkəyə neçəyə gətirilir? - TƏBİB sualları cavabsız qoyur
Hamımız korona olacağıq, sonra…
"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB
Karantin sərtliyi geri qaytarılmalıdır - Diqqət, TƏHLÜKƏ!
"Özümüzdə soyuqlama əlaməti hiss etsək, sanki COVİD-19 var kimi düşünməliyik"
"Sabah" klubunda kütləvi yoluxma: Növbəti test verdilər
Müəllimlər COVİD-19 testindən keçiriləcəkmi? - AKTUAL
Ərəb ölkələrində koronavirusa yoluxma halları artır
Azərbaycanda koronavirusa görə ekspress testlər tətbiq olunacaq - RƏSMİ
Yarıtmaz səhiyyə sisteminə MƏTBU YAMAQ... - Günahı camaatda axtarmaqdansa...
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 448-ə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 580-ə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 697-yə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 788-ə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 068-ə çatıb
Ermənistanda daha 2 476 nəfər koronavirusa yoluxdu - 27 nəfər öldü
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 400-ə çatır
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Məsciddəki səsgücləndirici vasitəsilə virusa yoluxduqlarını bəyan etdilər
Koronavirusu simptomsuz keçirən insanlardan necə qorunaq? – VİDEO
Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı
Şadlıq sarayları toya hazırlaşır - Pandemiyadan sonrakı QİYMƏTLƏR
Özəl xəstəxanalarda çalışan həkim və könüllülərə mükafat ödənildi
Gürcüstanda koronavirusa yoluxanların sayı 1568 nəfərə çatıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 1596 nəfərə çatıb
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Azərbaycan neftinin qiyməti 36 dollara çatdı
Azərbaycanın bu bölgəsində COVID-19-a yoluxanların sayı 400-ü ötüb
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı