Bakıda bir ailə koronavirusdan vəfat etdi
15-12-2020, 17:42
147

Bakıda bir ailə koronavirusdan vəfat etdi

Koronavirus 10 gün ərzində bir ailədən 4 can alıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 44 gün öncə ailə həyatı quran 43 yaşlı Rəşad Rəhimli dekabrın 14-də müalicə olunduğu xəstəxanada vəfat edib.
Onun ailəsindən öncə xalası Adilə Kərimova koronavirusa yoluxub. Bir neçə gün sonra isə anası Aidə, atası Famil də virusa yoluxub. Dekabrın 5-də Adilə Kərimova, onun üç mərasimi günü, dekabrın 8-də Rəşadın anası Aidə, dekabrın 12-də isə atası Famil müalicə olunduqları xəstəxanada vəfat ediblər. Adilə Kərimovanın həyat yoldaşı və digər bacısı da virusa yoluxub, onların müalicəsi davam edir.
Yaxınlarının sözlərinə görə, virusa ilk yoluxan Adilə Kərimova Nərimanov rayonunda yaşayıb. Rəşad və ailəsi isə Əhmədli qəsəbəsinin sakinləri olublar. Onlar yoluxmadan 10 gün əvvəl ünsiyyətləri olmayıb. Buna görə də ayrı-ayrı yerlərdə yoluxduqları ehtimal edilir.
Təxminən bir həftə əvvəl xəstəxanaya yerləşdirilən Rəşad da dekabrın 14-də vəfat edib. Onunla yenicə ailə həyatı quran yoldaşı da koronavirusa yoluxsa da, ev şəraitində müalicə olunaraq sağalıb.
Rəşad Rəhimli ərəb  və ingilis dilindən kitablar tərcümə edib. Atası Famil Rəhimov isə Dəmir Yol İdarəsinin əməkdaşı olub, bir neçə ay əvvəl təqaüdə çıxıb.
Rəhimovlar ailəsindən indi yalnız Rəşadın qardaşı qalıb.

Oxşar xəbərlər

Azərbaycanda 40 jurnalist koronavirusa yoluxub, 5 nəfər ölüb - Müşfiq Ələsgərli
Azərbaycanda daha bir məmur koronavirusdan vəfat edib
Tanınmş jurnalist koronavirusdan vəfat etdi
Azərbaycanda daha bir hakim koronavirusa yoluxdu - FOTO
Azərbaycanda son sutkada virusa yoluxma sayı açıqlanıb
Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusdan öldü
Daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
Koronavirusa yoluxanların sayı yenə artdı, 17 nəfər vəfat etdi
Azərbaycanda ümumilikdə 39378 nəfər COVID-19-a yoluxub, 578 nəfər vəfat edib
 Azərbaycanda ümumilikdə 39787 nəfər COVID-19-a yoluxub, 583 nəfər vəfat edib
Azərbaycanda ümumilikdə 53152 nəfər COVID-19-a yoluxub, 708 nəfər vəfat edib
Azərbaycanda daha bir jurnalist koronavirusdan vəfat etdi
Azərbaycanda son sutkada 3112 nəfər COVID-19-a yoluxub, 2923 nəfər sağalıb, 44 nəfər vəfat edib
Azərbaycanda yoluxma sayı mini keçdi - 9 nəfər vəfat etdi
Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü
Fransanın keçmiş prezidenti koronavirusdan öldü
Kamillə Gülayın gizli boşandığı üzə çıxdı - Foto
Azərbaycanda 4356 yeni yoluxma qeydə alındı: 39 nəfər vəfat etdi
Adil İsmayılov da koronavirusdan vəfat etdi
İranda ötən sutka 10463 nəfər koronavirusa yoluxub
Koronavirusa yoluxanların sayı açıqlandı - GÜNÜN STATİSTİKASI
Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi - Foto
Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Ukraynada son sutkada 3833 nəfər koronavirusa yoluxub
Rusiyada son sutkada 569 nəfər koronavirusdan ölüb
İcra başçısının müavini koronavirusdan öldü
Azərbaycanda daha 161 nəfər COVID-19-a yoluxub, 146 nəfər sağalıb, 2 nəfər vəfat edib
Lalə Məmmədova koronavirusa yoluxdu
Gürcüstanda son sutkada 218 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb