Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
16-12-2020, 10:14
340

Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb. 
Təltif olunanlar arasında generallar da var. HİT.Az “Qafqazinfo”ya istinadla   həmin generallar barədə məlumatları təqdim edir:
“Azərbaycan Bayrağı” ordeni təltif olunan generallar
General-leytenant Heydər Piriyev
Heydər Piriyev 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə də iştirak edib.
2002-2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi, 2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət edib.
Ona 2014-cü ilin iyununda general-leytenant ali hərbi rütbəsi verilib və Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilib.
General-leytenant Araz Məmmədov

General-leytenant Məmmədov Araz Məmməd oğlu Dövlət Sərhəd Xidmətində xidmət edir. O, vaxtı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi vəzifəsində çalışıb. Araz Məmmədov general-leytenant rütbəsini bu ilin avqustunda alıb.
General-mayor Zakir Ağayev və Azər İbrahimov
“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanlardan biri də Zakir Ağayevdir. O, general-mayor rütbəsini 2017-ci ilin iyununda alıb. Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. General-mayor Azər İbrahimov isə Dövlət Sərhəd Xidmətində xidmət edir. Azər İbrahimov general-mayor ali hərbi rütbəsini 2018-c ilin avqustunda alıb
Fotoda Zakir Ağayev

“Vətən uğrunda” medalı ilə təltif olunan generallar
Rasim Babayev general-mayor rütbəsini ötən ilin iyununda alıb. Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində çalışır. 
“Vətən uğrunda” medalı ilə təltif edilən general-mayor Ənvər Əfəndiyev isə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisidir. O, daha əvvəl Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursant taborunun komandiri və Bərdə Hərbi Birləşməsinin Qərargah rəisi vəzifələrində çalışıb. General-mayor rütbəsini 2016-cı ilin iyununda alıb.
Fotoda Ənvər Əfəndiyev

“Vətən uğrunda” medalı ilə təltif olunan digər general-mayor Rauf İsmayılov da Müdafiə Nazirliyində çalışır. O, general-mayor rütbəsini 2018-ci ilin iyununda alıb. 
İsmayılov Raufla eyni gündə general-mayor rütbəsini alan, onunla eyni vaxtda “Vətən uğrunda” medalı ilə təltif olunan Elçin Xəlilov isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisidir.

Oxşar xəbərlər

Prezident Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verdi
Prezident Tehran Mənsimovu təltif etdi
Təltif edilməyən generallar - SİYAHI
Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif etdi - SİYAHI
Hərbi qulluqçular bu medallarla da təltif olunacaqlar - SİYAHI
Şuşa fatehi Hikmət Mirzəyev... - FOTO, VİDEO
Veniamin Mayorov “Şöhrət” ordeni ilə təltif edilib
Paradda qoşun növlərinə onlar rəhbərlik edib - ADLAR
İlham Əliyevdən generalla bağlı SƏRƏNCAM
Vətən Müharibəsi Qəhrəmanı - Şəhid kapitan (FOTO)
General Zaur Məmmədov Rüstəm Muradovla görüşdü
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi
Prezidentin təltif etdiyi polkovnikə yüksək VƏZİFƏ VERİLDİ
5 yaşında çıxdığı Cəbrayılı 30 il sonra azad edən igid - VİDEO
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Şayiələrə fikir verməyin - Tehran Mənsimov
Arzusuna çatdıqdan sonra şəhid olan baş leytenant - VİDEO
Mirqafar Seyidovun vəzifəsini o icra edəcək
Azərbaycanda polkovnik-leytenant vəfat etdi
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Elçin Quliyev istefaya göndərilən generala vəzifə verdi
Bu gün Heydər Əliyevin ANIM GÜNÜDÜR
İlham Əliyevdən Faiq Qarayevlə bağlı SƏRƏNCAM
İlham Əliyevdən Faiq Qarayevlə bağlı SƏRƏNCAM
Erməni general Qarabağdan QAÇDI
DTX-nın həbs etdiyi generalın yerinə o təyin olunub - Foto
İlham Əliyevdən Fikrət Qoca ilə bağlı SƏRƏNCAM
Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
Prezident onlara general rütbəsi verdi