Koronavirus işləyən və işsizlərin sayını necə üzə çıxardı?
22-04-2020, 11:30
152

Koronavirus işləyən və işsizlərin sayını necə üzə çıxardı?

Pərviz Heydərov yazır...
Koronavirusla bağlı dövlətin və hökumətin iqtisadiyyata, həm də əhalinin sosial müdafiəsinə dair dəstək paketində ən çox səs-küy yaradan və rezonans doğuran məhz işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin - 190 manatın verilməsi oldu. 
Sanki ölkə üzrə bütün vətəndaşların dərdi elə 190 manat, yəni aylıq yaşayış minimumu həcmində və dəyərində imiş.
Ümumiyyətlə, 190 manat çox həqiqətləri üzə çıxardı. Həm müsbət, həm də mənfi mənada... Belə ki, bir daha bəlli oldu ki, dövlətdən bir “tük” də varsa, qoparmağa çalışanlarımız da çoxdur, dövlətin gözündən kənarda qalanlarımız da. 
Birinci adamda acı hisslər doğursa da, ikinci də təəssüfləndirici faktordur.
Sözün qısası, cəmi 10 milyonuq (bir şəhərin əhalisi qədər), amma 100-200 milyonluq əhali təsiri bağışlayırıq. İçimizdə “utanmasan, oynamağa nə var ki” məsəlinə uyğun olanlarımız da var, utandığından və yaxud da savadsızlığından səsini çıxarmağa çəkinən, yoxsa sabahına biganə yanaşan deyim, bir sözlə, yaşadığı cəmiyyətdə statusunun, əslində, nədən ibarət olduğunu bilməyən və bununla maraqlanmayanlarımız da...
Sonuncuya dair sual edirəm ki, buna dövlət nə etsin?!
Artıq 260 min nəfərdən çox vətəndaş üçün ödəniş edilib və bunun üçün 50 milyon manatdan yuxarı vəsait köçürülüb. Məlumdur ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramı üç dəfə artırılaraq, ümumən 600 min şəxsi əhatə edəcək. Özü də iki ay ərzində...
Aprelin 9-dan başlanan proses gün ərzində 25-30 min nəfərə ödənişin çatdırılması ilə yekunlaşır ki, mayın ilk ongünlüyünün sonunadək 600 min insanın demək olar, hamısı sözügedən 190 manatını ala biləcək.
Məsələ bundadır ki, 190 manat müvəqqəti tədbirdir və “yaranın üzərinə tənzif qoymaq” kimi bir şeydir. Başqa sözlə desəm, 190 manatı alanın işsizlik problemi həll olunmur. Bunu dövlət və hökumət bilir, sadəcə olaraq, vətəndaşın da nəzərə alması vacibdir. 
Belə ki, hər kəs öz potensialı çərçivəsində iqtisadiyyatın bu və ya digər sahəsində dövlətin yaratdığı imkandan yararlanmaq barədə düşünməli və yaxud heç olmasa işsiz kimi qeydiyyata alınmalı, qeyri-rəsmi məşğulluğa mübtəla olaraq, uçotdan kənarda qalmamalı, dövlət “yardım edirəm” deyən kimi, dərhal “ortada peyda” olmamalıdır.
Bəli, iqtisadiyyatda inkişafın əsas göstəricilərindən biri məşğulluğun artması, işsizlik səviyyəsinin faiz nöqteyi-nəzərindən getdikcə azalması və ümumiyyətlə, maksimum dərəcədə aşağı rəqəmlərdə olmasıdır. Buna nail olmaq hər bir dövlətin və hökumətin əsas vəzifəsi sayılır, sosial siyasətin məğzini təşkil edir.
Ancaq bu, asan məsələ deyil.
Əhalinin sayının artması ilə işçi qüvvəsinin də kəmiyyətcə, yəni say etibarilə çoxalması, iqtisadiyyatın isə keyfiyyətli işçi qüvvəsinə durmadan genişlənən tələbini qarşılaması, uzlaşdırılması çox çətin məsələlərdir. Və bunun nə qədər çətin vəzifə olduğunu Azərbaycan dövləti və hökuməti daha yaxşı bilir. 
Bununla belə, ölkəmizdə işsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsini gücləndirmək, əmək bazarını təkmilləşdirmək, əmək ehtiyatlarını keyfiyyətcə yaxşılaşdırmaq və rəqabət qabiliyyətliliyini artırmaq, iqtisadi fəallığı yüksəltmək üçün əlverişli şərait yaratmaq məqsədilə müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirilib və keçirilir.
Bəli, o da düzdür ki, yeni iş yerlərinin açılması ilə bağlı mövcud statistika ilə reallıq bəzən üst-üstə düşmür. Xüsusən o səbəbdən ki, bayaq qeyd etdiyim kimi, əhalinin sayının artması yeni iş yerlərinin yaradılmasına tələbi artırır.
Ümumiyyətlə, Azərbaycan demoqrafik baxımdan son 10 ildə sürətlə inkişaf edib. 2006–2017-ci illərdə ölkədə əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın təşkil edib. Bu da Avropa ölkələri sırasında yüksək göstəricilərdəndir. Ölkədə doğulanların sayı ölənlərin sayını üç dəfəyə yaxın üstələməkdə idi.
Yeri gəlmişkən, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, yeni iş yerlərinin açılması standart xarakter daşımır. Belə ki, ABŞ kimi bir ölkədə bir ay ərzində hökumət tərəfindən irəli sürülən proqnozla reallıq çox vaxt üst-üstə düşmür - ya az, ya da çox olur.
Bundan əlavə, yeni açılan iş yerlərinin daimi və müvəqqəti olması söhbəti də var. Ümumiyyətlə, bir cəhəti də qeyd edim, işsizliyi tam olaraq aradan götürmək mümkün deyil. Sadəcə, məşğulluğun təminində əsas hədəf və başlıca məqsəd ondan ibarətdir ki, əmək bazarına hər il daxil olan yeni işçi qüvvəsi iqtisadiyyatda mümkün dərəcədə maksimum səviyyədə yerləşdirilsin.
Bizdə hər il əmək bazarına 100 min işçi qüvvəsi daxil olur.
Bunun üçün iki amil tələb olunur: birincisi, bazara daxil olan hər işçi qüvvəsi keyfiyyətcə özündən əvvəlkindən daha yüksək olmalı, ikincisi, iqtisadi artım daimi xarakter daşımalıdır.
Hər il 100 min işçini müvafiq iş yerləri ilə təmin etmək çox çətin vəzifədir.
Demək istədiyim budur: ilk olaraq, işsizlərə dair dəqiq uçot olmalıdır. Və bunun üçün də təkrar edirəm ki, işləməyən hər kəs heç olmasa, işsiz kimi qeydiyyata alınmalı, qeyri-rəsmi məşğul olaraq qeydiyyatdan kənarda qalmamalıdır. 
Statistikaya diqqət yetirək: 2020-ci il fevral ayının 1-nə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub. Yanvar ayında isə ölkədə işsiz şəxslərin sayı 81,3 min nəfər təşkil edib. Aylıq müqayisədə fevralda işsizlərin sayı 4,9 min nəfər və yaxud altı faiz artıb.
İşsiz şəxslərə, xüsusi karantin rejiminə görə iş yerini itirmiş qeyri-formal işləyən şəxslərə dəstək mexanizmi isə Nazirlər Kabinetinin qərarı ilə aprelin 7-də təsdiq olunub və ödənişlərə, yuxarıda qeyd etdiyim kimi, aprelin 9-dan başlanıb. Birdəfəlik ödəmə proqramı üzrə 190 manat 600 min nəfərə veriləcək.
Sual edirəm ki, ölkədə işsizlik səviyyəsi lap koronavirusu da nəzərə alsaq, fevral və martda altı dəfədən çox arta bilərmi? Xeyr. 
Demək, işsizlərin çoxu uçotda deyilmiş.
Bir məqama da toxunum. Bəli, 190 manat üzə çıxardı ki, həqiqi işsizlərin sayı çoxdur. Bütövlükdə koronavirusla bağlı dövlətin və hökumətin iqtisadiyyata və əhalinin sosial müdafiəsinə dair dəstək paketi həm də onu üzə çıxardı ki, bizdə həqiqi işləyənlərin - məşğul olanlarımızın da sayı çoxdur.
Belə ki, dövlətin sahibkarlara dəstək göstərəcəyi bəlli olduqdan sonra əmək müqavilələrinin sayı aprelin 1-dən bəri 80 min artıb. Belə çıxır ki, koronavirus olmasa idi, nə işləyənimiz bəlli idi, nə işsiz olanımız...

Oxşar xəbərlər

190 manatlıq ödəmə maydan sonra da veriləcək? - Nazir müavini açıqladı
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi
190 manatın verilməsi başa çatdırıldı
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
May ayında koronavirusa görə birdəfəlik ödəmə bu yolla veriləcək - Nazir müavinindən AÇIQLAMA
Sosial dövlətin Azərbaycan modeli
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərildi
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” - Təklif
Deputatdan ünvanlı sosial yardımla bağlı TƏKLİFLƏR
"Əhali cərimə miqdarlarının artırılmasını müsbət qiymətləndirir" - Sosial Tədqiqatlar Mərkəzi
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
Sahil Babayev kimlərin sosial müdafiəsini təşkil edir? - Şok detallar
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
Azərbaycanda koronavirusa görə atılacaq addımlar - Açıqlandı
"Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar"
Nazirlikdən şad xəbər - Bu şəxslərə 250 manat pul veriləcək
Prezident ölkənin ikinci adamını evdən işləməyə qoymadı: “OFİSƏ GƏL”
“Uşaq pulu” ilə bağlı açıqlama
Adamın 50 qəpiyi yoxdursa, canı çıxsın, 50 manat cərimə ödəsin...?
“İcra başçılarının həbsləri vicdanını itirmiş digər məmurlara mesajdır”
Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
"Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır"