Ombudsman hərbi əsir və girovlarla görüşüb
16-12-2020, 13:10
217

Ombudsman hərbi əsir və girovlarla görüşüb

Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş hərbi qulluqçularla bağlı məsələ ilk gündən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqət mərkəzində olub, bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlanıb. 
Ombudsman Aparatından verilən xəbərə görə, müraciətlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsir və girovlarına qarşı qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsir və girovların beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycan tərəfinə qaytarılması tələb edilib.
Ombudsman Səbinə Əliyeva əsir və girovlarla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə də sıx əməkdaşlıq edib, fəaliyyəti çərçivəsində məlumat mübadiləsi aparılıb. Həmçinin Ombudsmanın təşəbbüsü ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə videokonfrans vasitəsilə keçirilmiş görüşdə əsirlikdə olan azərbaycanlı hərbi qulluqçuların valideynlərinin də iştirakı təmin olunub, onların müraciətlərinə imkan yaradılıb. 
Məlum olduğu kimi, 14 dekabr 2020-ci il tarixdə 2014-cü ildən girovluqda olan, Azərbaycan Ombudsmanının müntəzəm olaraq barələrində məsələni diqqətdə saxladığı Dilgəm Əsgərov və Şahbaz Quliyev, habelə Vətən müharibəsində əsir düşmüş 12 nəfər hərbi qulluqçumuz azad olunaraq Bakıya gətirilib.
Ombudsman 15 dekabr 2020-ci il tarixdə bu şəxslərin müayinə və müalicə olunduqları müəssisədə həmin şəxslərlə görüşüb, onların sağlamlıq durumu, hüquqlarının təmini vəziyyəti, əsir və girov saxlanılarkən onlarla rəftar məsələləri ilə bağlı məlumat alıb.
Ombudsman Səbinə Əliyeva müəssisə rəhbərliyi ilə görüşdə də bu şəxslərin səhhəti və onlara göstərilən reabilitasiya və digər yardımlar barədə maraqlanıb.
Həmin şəxslər də öz növbəsində vəziyyətlərini daim diqqətdə saxladığına və bu dövrdə həyata keçirdiyi fəaliyyətə görə Ombudsmana təşəkkürlərini bildiriblər.
Qeyd olunmalıdır ki, Ermənistan Respublikası tərəfindən Azərbaycanlı girovlara, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub. 

Oxşar xəbərlər

Əsir götürülən Amin və Bayramla bağlı müraciət
Azərbaycandakı erməni əsirlərə xəbərdarlıqsız baş çəkildi
Şahbaz və Dilqəm Bakıdadır - Daha 12 nəfər Vətənə gətirildi
İtkin düşmüş Xocalı sakini ilə bağlı videoçarx hazırlanıb - Video
Ombudsman beynəlxalq təşkilatlara şikayət ünvanlayıb
Şəhid olduğu deyilən lənkəranlı hərbi qulluqçu sağdır - FOTO
“Paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi xəbəri yalandır”
Ombudsman Aparatı: Səbinə Əliyeva öz fəaliyyətini davam etdirir
Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin mübadiləsi başlandı
Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya həyata keçirir
Kəlbəcərdəki ekoloji terrorla bağlı beynəlxalq qurumlara müraciət edilib
İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - AÇIQLAMA
“Ermənistanda olan azərbaycanlı əsirlərin hüquqları pozulur” - Ombudsman
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət etdi
“Ermənilər əsirlərimizə amansız davranıb, baş və ürəkdən güllələyiblər”
Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina etdi
Ombudsman UNICEF-ə etiraz məktubu göndərib
Ombudsman Tofiq Yaqubluya baş çəkib
Ombudsman beynəlxalq ictimaiyyətə videomüraciət edib - Video
"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə
BQXK-dan Dilqəm Əsgərovla Şahbaz Quliyevin qaytarılması məsələsi ilə bağlı - AÇIQLAMA
Ombudsman Bərdədə 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürdü
Qarabağda Ombudsman mərkəzi açılacaq
“Qızıl Xaç“ Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkdi
Yerevan Qarabağ separatçılarının rəhbərlərindən izahat istəyir - Erməni girovların videosuyla bağlı
Ombudsman 82 min manata avtomobil aldı
Erməni meyitlərini təhqir edən 4 hərbi qulluqçumuz həbs olundu
Xocavənddə 10 erməni hərbçisi əsir götürülüb? – İDDİA
DİM Ombudsmanın məktubuna cavab verib