Prezidentin Şuşa ilə bağlı tapşırığı…
16-12-2020, 13:33
186

Prezidentin Şuşa ilə bağlı tapşırığı…

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.
Bu məqsədlə Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.
İşçi qrupunun qarşısında duran əhəmiyyətli vəzifələrdən biri də Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin hazırlanmasıdır.
Prezidentin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq.
Açar sözlər

Oxşar xəbərlər

Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib
Mədəniyyət Nazirliyi Şuşa şəhərilə bağlı hərəkətə keçdi
Azad olumuş ərazilərin qazlaşdırılmasına başlanıldı
Füzulidən Şuşaya çəkilən yol (FOTOLAR)
Azərbaycan Sakit Okean Alyansının forumuna qatılıb
Azərbaycanın qələbəsi Qətərdə coşğu ilə qeyd olundu - Foto
Şuşanın tarixi mərkəzi UNESCO-nun irs siyahısına salınır
DTX rəisi Əli Nağıyev Şuşa şəhərinə xidməti səfər etdi
"Beynəlxalq və yerli ekspertlər Şuşanın tarixi mərkəzinə səfər edəcək" - Anar Kərimov
Bakıdan azad edilmiş rayonlara marşrutlar açılacaq
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi - RƏSMİ
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Şuşa işğaldan azad edildi – Prezidentdən şad xəbər
Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlər aparılır - Fotolar
Azad olunmuş ərazilərdə yol infrastrukturu bu cür olacaq
“Şuşa yaradıcı sənaye mərkəzinə çevriləcək” - Vüsal Qasımlı
BƏƏ-də yaşayan azərbaycanlılar qələbəni qeyd etdi
“Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bəyanat yaydı
Karantin dövründə bu qurumların əməkdaşları küçəyə çıxa biləcək
İşğaldan azad olunmuş ərazilərdə yeni strukturlar fəaliyyətə başladı - RƏSMİ
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
Azərbaycan polisi 28 il sonra Şuşada xidmətə başladı
Şuşaya içməli suyun verilməsinə başlanıldı
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - AÇIQLAMA
Şuşaya çəkiləcək yeni yol bu ərazilərdən keçəcək
İranın Şuşa təbriki
Heydər Əliyev Fondu Qarabağdakı dini abidələrimizin bərpasına başlayır
“Övladlarımız əlbəyaxa döyüşlə Şuşada bayraq qaldırdı” - Ali Baş Komandan
Mədəniyyət Nazirliyində yeni TƏYİNAT