Milli qəhrəmanların şəkli asılan evi kim söküb?
16-12-2020, 15:01
120

Milli qəhrəmanların şəkli asılan evi kim söküb?

Sosial şəbəkələrdə onkoloji xəstə olduğu deyilən Cəfərova Fatma Müslüm qızına məxsus neft mədəni ərazisindəki evin SOCAR əməkdaşları tərəfindən sökülməsini iddia edən videogörüntü yayılıb.
Videodan məlum olur ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin ərazisindəki qanunsuz tikilinin üzərindən xalqın hörmət etdiyi şəxslərin şəkilləri asılıb və tikinti sahibləri bu yolla onların qanunsuz əməllərinə göz yumulmasını gözləyiblər.
SOCAR-ın Təhlükəsizlik İdarəsi bəhs olunan tikilinin onlar tərəfindən sökülmədiyini bildirib:
"SOCAR-ın Təhlükəsizlik İdarəsi neft kəmərlərinin mühafizə zonasında, neft mədəni ərazilərində xidmət aparır və qanunsuz tikililərə qarşı da mübarizə aparır. Lakin sözügedən videodakı neft mədəni ərazisi SOCAR-ın balansında deyil və həmin tikili SOCAR əməkdaşları tərəfindən sökülməyib. Ancaq istənilən halda hər bir vətəndaşın iradı mütləq şəkildə araşdırılmalı və müvafiq hüquqi qiymət verilməlidir. Sözügedən mübahisə də müvafiq əməliyyat şirkəti ilə vətəndaş arasında hüquqi yolla, məhkəməyə müraciət etməklə öz həllini tapmalıdır. Digər tərəfdən, son zamanlar cəmiyyətdə böyük ehtiram göstərilən şəhidlərin və milli qəhrəmanların şəkillərini əlində bayraq etməklə qanuna təzyiq göstərmək cəhdləri geniş yayılıb. Özü də bunu həmin qəhrəmanlarla heç bir qohumluq və s. əlaqəsi olmayan insanlar edir. Milli qəhrəmanların şəkli ilə qanunun icrasına mane olmaq həm qanuna, həm də milli qəhrəmanlarımıza qarşı bir hörmətsizlikdir. Bütün iradlar və mübahisələr ancaq qanun və məhkəmə yolu ilə öz həllini tapmalıdır". (Report)

Oxşar xəbərlər

SOCAR, yoxsa  Xıncov kəndinin uşaqları-RÖVNƏQ ABDULLAYEVİN ''SOCAR'' BİZNESİ
SOCAR-ın idarəsi Neftçala çöllərinə erməni bayrağı düzür – Video
“SOCAR Polymer” ixracını 33 faiz artırıb
SOCAR-da qruplar arası savaş - Vasif Əmirov vitse prezidentlik yolunda...
Vətən Müharibəsinin qəhrəmanı Elçin: Mənim anam vətənimdir...
SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər
Rövnəq Abdullayev  QAZ  vurub  QAZ  İDARƏSİ-ni doldurur
Azərbaycan bu il 58 milyon dollarlıq polietilen ixrac edib
SOCAR-ın Prezidentin çıxışına absurd və gülməli cavabı: “Prezident İlham Əliyevin SOCAR-a ünvanlanan tənqidini “dəqiq və haqlı” sayırıq”...
SOCAR-ın prezidenti Rövnəq Abdullayevdən  Prezident İlham Əliyevə qarşı böyük hörmətsizlik-ŞOK VİDEO
Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb
“SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...
Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz azaltdı
Rövnəq Abdullayevin otel biznesi -''SOCAR''ın pulları ''FETO''ya xərclənib?
Bədəl Bədəlovun  “pokazuxa”sı ...- ''SOCAR''ın vitse-prezidenti İLHAM ƏLİYEVİ ALDADIB?
SOCAR  ölkədə  yanacaq  monopoliyası  yaradır-ARAŞDIRMA
Rövnəq Abdullayevin BƏDƏLİ-''SOCAR''-ın milyonlarının ''FETO''-ya göndərilməsində BƏDƏL BƏDƏLOV İZİ......
Rövnəq Abdullayevin BƏDƏLİ-''SOCAR''-ın milyonlarının ''FETO''-ya göndərilməsində BƏDƏL BƏDƏLOV İZİ......
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Azərbaycandan Ceyhan terminalına nə qədər neft nəql olunub?
Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Səngəçal terminalına göndərilən neft və qazın həcmi açıqlanıb
Rövnəq Abdullayevlə Mübariz Mənsimov arasında savaşa səbəb olan şəxs bilindi-ORTADA ƏSASLI İDDİALAR VAR
Prezidenti aldadan BƏDƏL BƏDƏLOV niyə həbs edilmir?-``FETO``ya yardım edən Bədəlovu  həbsdən kim qoruyur?
Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Azərbaycan MEDİA-sının qənimi Anar  Əlizadə-''SOCAR''ın pulları necə yoxa çıxır?
SOCAR-ın prezidenti, yoxsa ''DDOS'' Rövnəq  ?
Neftçilər xəstəxanasında Seyidbəyov, Yüzbaşı, Minbaşı.. -Neftçilər(in) xəstəxanasında neftçilərdən çox başqa xəstələr var
Azəriqaz” məşhur iş adamını məhkəməyə verdi - FOTOFAKT
Qanunsuz balıq ovlayanlar 13 min cərimələndi