Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
16-12-2020, 17:04
140

Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO

Bakı şəhər Mədəniyyət Baş İdarəsi bu gün 1 milyon 120 min manat dəyərində olan 2 tender keçirib.
Tenderlərdən birini Mədəniyyət Nazirliyinin satınalmalarında davamlı olaraq "qalib” olan Vest - LTD QSC qazanıb. İkinci tenderi isə bu ildən tenderlərin "qənimi”nə çevrilən "Tikinti Təchizat Bərpa” QSC udub. 
Belə ki, dəyəri 464 min 124 manat 36 qəpik olan Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan təhsil və mədəniyyət mərkəzlərində kommunal-kommunikasiya xidmətlərinin satınalınmasını "Vest - LTD” şirkəti, dəyəri 657 min 272 manat 40 qəpik olan Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan musiqi məktəblərinin inventarlarının əsaslı təmir işlərinin satınalınmasını isə "Tikinti Təchizat Bərpa” QSC qazanıb.

Qeyd edək ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin son 14 ay ərzində keçirdiyi 17 tenderin üçünü "Vest - LTD”, altısını "Tikinti Təchizat Bərpa”, beşini isə "Stone Construktion” QSC qazanıb. 
Şirkətlərin təşkilati hüquq forması və nizamnamə kapitalının demək olar, eyni səviyyədə ("Vest-LTD” -2050, "Tikinti Təchizat Bərpa” – 2010, "Stone Construktion” – 2010 manar ) olması diqqət çəkir. 
"Tikinti Təchizat Bərpa” QSC 2018-ci ildə yaradılıb, hüquqi ünvanı  Nərimanov rayonu, İbrahimpaşa Dadaşov, ev 57, mənzil 141 göstərib. Şirkətin qanuni təmsilçisi Əliyev Rauf Xanəli oğludur. 
Şirkət bu ildən tenderləri qazanmağa başlayıb. Bu ilin iyun ayından indiyə kimi 15 tender qazanıb. Maraqlıdır ki, şirkətin qalib gəldiyi 11 satınalma müsabiqəsini keçirən qurumlar birbaşa olaraq Mədəniyyət Nazirliyinə tabedir. Qalan 4 tenderi isə Milli Arxiv İdarəsi keçirib.
"Vest-LTD” QSC isə son bir ildə 27 tender qazanıb. Bu satınalmaları həyata keçirən qurumlar əsasən icra hakimiyyətləri və Mədəniyyət Nazirliyinin qurumları olub.

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyinin “sevimli” şirkəti 20 gündə 8 tenderi necə qazanıb?- İcazə verin şübhələnək..
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Təhsil Nazirliyinin 10 milyonluq müəmmalı “tenderi” – Yumşaq dəstə görə…
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Anar Kərimov da BACARMADI... - İLGİNC FAKTLAR
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Tarixi binanın bərpasına başlandı - BŞİH
Kürdəmirin mədəniyyət "ŞEFİ" hər ay 9500 manat verirmiş? - İTTİHAM
Anar Kərimov 2 əsas şöbəyə müdir TƏYİN ETDİ
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
Mədəniyyət Nazirliyində yeni təyinat olub
DTX-nin saxladığı rəis bu şəxslərə şərt qoyubmuş - FOTO
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
“Vest LTD” QSC-nin imkanı və iddiası - İTTİHAM
Vətən müharibəsində şəhid olan mədəniyyət işçiləri
MM-in Mədəniyyət komitəsində dinləmələr keçiriləcək
Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Bakı İcra Hakmiyyətində şübhəli tender: vergi borcu olan 4 şirkət qalib elan olunub - Detallar
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Xan Şuşinski adına Ağdam Musiqi Məktəbinin direktoru Xətayə xanım xətayə yol verir -Məktəbdə dərs saatları satılır...
Bakıda mağazadan 7500 manatlıq oğurluq edən şəxs saxlanıldı