Bakıda intensiv yağış yağacaq
22-04-2020, 15:30
243

Bakıda intensiv yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 23-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Arabir güclənən şmal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq.
Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək Nisbi rütubət 75-85 % olacaq.
Aprelin 23-də Azərbaycanın rayonlarında isə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Oxşar xəbərlər