Vaxtından əvvəl doğulmuş körpələr hamiləliyin 37-ci tam həftəsindən az müddətdə, yəni hamiləliyin 260-cı günündən əvvəl doğulmuş uşaqlardır. Dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Bu, orta hesabla hər 10-cu doğulan uşaq deməkdir. Ümumilikdə vaxtından əvvəl doğulma bütün doğulan uşaqların 8-12 %-ni təşkil edir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq Rüstəm Hüseynov bildirib. Onun sözlərinə görə, Azərbaycanda 2015-ci il yanvar ayının 1-dən hestasiya yaşı 22 həftədən, çəkisi 500 qramdan yuxarı doğulan körpələr də bu qrupa aid edilir:
"Ölkəmizdə vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Müvafiq dövlət proqramlarında, yeni perinatal konsepsiyada vaxtından əvvəl doğulmuşlara xüsusi yer ayrılır. Neonatologiya sahəsində ciddi irəliləyişlər qeyd olunur, müəssisələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi üçün kifayət qədər yardım göstərilir, kadr potensialı artırılır.
Bundan əvvəlki illərdə, təqribən 15-20 il öncə vaxtından əvvəl doğulmuşlara xas olan, müalicəsində ciddi çətinliklər qeyd olunduğu xəstəliklərin müasir dövrümüzdə həlli yolları mümkün olub. Məsələn, müxtəlif müəssisələrimizdə bu qrup uşaqlarda cərrahi əmliyyatların aparılması (nekrozlaşan enterokolit, qida borusunun atreziyası və s. ilə bağlı), tənəffüs sistemi ilə bağlı xəstəliklər üçün əvəzedici terapiyaya aid surfaktant preparatının istifadə olunması, həmçinin mərkəzi sinir sisteminin inkişafı üçün istifadə olunan, tənəffüsə dəstək olan kofein sitratın tətbiq olunması buna nümunədir.
Vaxtından əvvəl doğulmuş körpələrdə fəsadların əksəriyyəti orqan və sistemlərin yetkinsizliyi ilə əlaqədardır. Ağırlaşmaların yaranma riski vaxtından əvvəl doğulmanın dərəcəsi, həmçinin vaxtından əvvəl doğulmanın səbəbi analarda olan infeksiyalar, şəkərli diabet, arterial hipertenziya, preeklampsiya və s. ilə birbaşa bağlıdır. Həyatının ilk günlərində yaranmış tənəffüs problemləri gələcəkdə ağciyərlərdə spesifik dəyişikliklərlə bağlı bronx-ağciyər displaziyasının inkişafına səbəb olur. Ürək-damar hemodinamikanın xüsusiyyətlərini, mədə-bağırsaq sisteminin, qaraciyərin, sidik ifrazat sistemi orqanlarının yetkinsizliyi ilə bağlı problemləri də qeyd etmək lazımdır. Belə uşaqlarda vaxtından əvvəl doğulmuşların anemiyası inkişaf edə bilər. Qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Vaxtından əvvəl doğulma ilə bağlı körpənin səhhətindəki problemlər spesifik xarakter daşıyır. Onlardan vaxtından əvvəl doğulmuşun retinopatiyası (ROP) 31 həftədən əvvəl doğulmuş və bəzi digər vaxtından əvvəl doğulmuş körpələrdə yarana bilən göz xəstəliyidir. Bu, gözün arxasındakı torlu qişa adlanan toxumaya təsir edən problemdir. Körpə böyüdükcə ROP (yüngül formaları) bəzi hallarda öz-özünə keçə bilər. Ancaq körpə bu müddətdə mütəmadi olaraq mütləq oftalmoloq nəzarətində olmalıdır. Bəzən korluğun qarşısını almaq üçün təcili müalicə və müdaxilə tələb olunur. Əgər vaxtında müalicə olunmazsa, uşaqda ciddi geriyədönməz fəsadlar baş verə bilər. Eşitmə ilə bağlı pozulmaların ola biləcəyi nəzərə alınmalıdır, bu səbəbdən vaxtında audiometriya müayinəsi olunması vacibdir. Ümumiyyətlə, vaxtından əvvəl doğulanlar həkim-mütəxəssislərin (nevroloq, oftalmoloq, audioloq, psixoloq, endokrinoloq, ortoped) daimi nəzarəti altında olmalıdırlar".
Vaxtından əvvəl doğulmuşlarda nə ilə bağlı fəsadlar var?
20
noyabr
21:06

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Hamiləlikdə qəhvə və siqaretin təsiri
"Hər gün "Coca-Cola" içənlər vaxtından əvvəl ölür"
Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan verəcək
Xəstə "qanuni oğru" vaxtından əvvəl azadlığa buraxıldı - İlk dəfə
Respublika Klinik Xəstəxanasında ana doğuşdan sonra ÖLDÜ
Azərbaycanda hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verildi
Ər hamilə arvadını döydü, yarımçıq doğulan uşaq öldü
Uşağı doğub soyuducuya qoydu - Dəhşət
"Keçmiş köçkünləri Laçına vaxtından əvvəl qaytaracağıq" - Prezident
Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi
“İsrailin mühasirəyə aldığı xəstəxanada körpələr ölümünü gözləyir”
Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər - RƏSMİ
Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər - RƏSMİ
Mərkəzi Bank “Azsığorta”nın qarşısında aciz qalıb? - NARAZILIQ...
Koronavirusdan sonra yeni virus yayıldı: Simptomları bunlardır - SİYAHI
Yenidoğulmuşlarda rast gəlinən “dovşan dodaq” və “qurd ağız” xəstəliklərinin yaranma SƏBƏBİ
Prokurorluq işçilərinin maaşları ARTIRILDI
Dörd keçmiş hakim vəkil olub
Hamiləlikdə risk qrupları AÇIQLANDI
Bu ay bütün sosial ödənişlər vaxtından əvvəl veriləcək
Azərbaycanda yeni doğulan uşaq xəstəxanada ÖLDÜ
Azərbaycanda yeni doğulan körpə xəstəxanada ÖLDÜ
ÜST: "Hər il dünyada 3,2 milyon insan hərəkətsizlikdən həyatını itirir”
Ukraynadan təxliyə olunan hamilə qadın koronavirusa yoluxdu - SON DURUMU
Yeni ildə Azərbaycanda doğulan ilk körpə oğlandır
Yeni doğulmuş 11 körpə faciəvi şəkildə ÖLDÜ
Gürcüstanda 2 körpə COVID-dən öldü
"Soliton" vətəndaşa belə DO GƏLİR... - GİLEY
Bu il Azərbaycanda 1 726 əkiz, 87 üçəm doğulub
“15-19 yaşlı qadınlar arasında əsas ölüm səbəbi hamiləlikdir” - AÇIQLAMA
- İdman qida əlavələrinin qəbul etməyin ACI NƏTİCƏLƏRİ
- Messidən Ronaldonu dəstəkləyən futbolçuya SƏRT REAKSİYA
- Bu şəxslərə burun əməliyyatı məsləhət görülmür
- Bu meyvə sonsuzluğa səbəb olur
- Oturaq həyat tərzinin qadınlar üçün TƏHLÜKƏSİ
- Hibrid "Moskviç” istehsal olunacaq
- Real həyatda olmasa da, aya 10 min qazanır - Fotolar
- Ajda Pekkan bu serialda rol alacaq
- Naxçıvanda komanda-qərargah təlimi keçirilib - VİDEO
- Elariz: Toydan sonra Bakıya gəlmək istədim, amma... - Video
- Hüseyn Həsənov yaşlı kişidən limon alıb 100 dollar verdi - VİDEO
- Rus ordusu daha bir kəndi işğal etdi
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi