“Vətən uğrunda” medalı ilə təltif edilən 18 yaşlı şəhid Bayraqdarov
17-12-2020, 14:12
233

“Vətən uğrunda” medalı ilə təltif edilən 18 yaşlı şəhid Bayraqdarov

Şəhid Battal Bayraqdarov 18 yaşında Vətən Müharibəsində şərəflə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Cəbrayıl və Füzuli cəbhələrində ən qızğın döyüşlərdə ön sırada yer alıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Battal Bayraqdarov 2002-ci ildə Qubanın Ağbil kəndində axıska türkü ailəsində dünyaya göz açıb. Uşaqlıqdan idmana marağı ilə seçilən Battal cüdo üzrə bir sıra turnirlərin qalibi olub.
Məktəbi bitirdikdən sonra Türkiyə universitetlərindən birinə qəbul olunsa da, atasının səhhətinə görə ali təhsil ala bilməyib. Hərbi xidmətə yollanan Battal xidmət müddətində seçilən əsgərlərdən olub.
“Qardaşımı orada fəal əsgər olaraq seçmişdilər və şəkilini şərəf lövhəsinə vurmuşdular. Əsgərlikdən evə zəng edəndə atama bunu fəxrlə söyləmişdi. Daha bir dəfə zəng edib baş atıcı olduğunu bildirmişdi.
Müharibəyə gedəndə bizə bildirməyib. Sonradan bundan xəbər tutanda bizə dedi ki, “Narahat olmayın, heç nədən qorxmuram, torpaqlarımızı alıb gələcəyik”. Şəhid olmamışdan bir müddət əvvəl zəng eləmişdi.

Hamımızla söhbət edəndən sonra dedi ki, telefonu atama verin onunla sonuncu dəfə danışmaq istəyirəm. Həmin danışığımızdan bir həftə sonra şəhid olması xəbərini aldıq”, - deyə şəhidin bacısı Nazlı Bayraqdarova söyləyib.
On səkkiz yaşlı Battal Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl və Füzulinin azad olunması uğrunda savaşlarda fəal iştirak edib. Oktyabrın 10-də Füzuli şəhəri istiqamətində gedən şiddətli döyüşdə qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.
“Battal uşaqlıqdan seçilirdi. Çox mərd və möhkəm uşaq idi. Hətta bir dəfə uşaqlarla oynayanda şəhid olacağını bildirmişdi. Döyüşlər zamanı Cəbrayıl artıq azad olunmuşdu.
Füzuli istiqamətində yaşayış məntəqələrinin biri uğrunda gedən döyüşdə düşmən mərmisi yaxınlığında partlayıb. Battal aldığı qəlpə yarasından sonra şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”, - deyə Battalın əmisi Paşa Bayraqdarov müsahibəsində söyləyib.
Şəhidin digər əmisi Kamil Bayraqdarov da Battalla fəxr etdiklərini, onun Vətən, torpaq yolunda canından keçdiyini bildirib.
Battal Bayraqdarov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Oxşar xəbərlər

Müharibə iştirakçıları bu medallarla da təltif ediləcək - SİYAHI
Hərbi qulluqçular bu medallarla da təltif olunacaqlar - SİYAHI
5 yaşında çıxdığı Cəbrayılı 30 il sonra azad edən igid - VİDEO
“Zirə”nin şəhid futbolçusu medalla təltif olundu
Çoban Xanışın şəhid nəvələri - Foto
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi (VİDEO)
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
Hulusi Akarın təltif etdiyi tankçımız şəhid olub
Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu (VİDEO)
Vətən Müharibəsi Qəhrəmanı adı verilən 26 yaşlı gənc kimdir?
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
Arzusuna çatdıqdan sonra şəhid olan baş leytenant - VİDEO
Yeni orden və medallarla bağlı layihə ikinci oxunuşda təsdiqləndi
Suqovuşan uğrunda şəhid olan müəllim - FOTO
“Telefonuma zəng çatmasa bilin ki, getdim...” – Füzulidən Qubadlıyacan + Video
“Oğlum şəhid olan gün saatım dayandı” - Video
Düşmənin yeddi postunun alınmasında iştirak edən şəhid leytenant Zaur Hüseynov - VİDEO
Cəbrayıl-Füzuli istiqamətində şəhid olan gizir
Şəhidimizin ailəsinə yazdığı son məktub
Vətən müharibəsinin ilk həkim şəhidi, müharibəyə ailəsindən xəbərsiz gedən Turqut - FOTO
Komadan ayılmayan baş leytenantımız şəhid oldu - FOTO
Vətən Müharibəsində şəhid olan daha bir müəllim - FOTO
Xüsusi təyinatlı Əliqismətin real döyüş VİDEOSU
Hərbçi dostları şəhid Xudayarı öz oxuduğu mahnı ilə yad etdi
Şuşanın azad edilməsini Ali Baş Komandana məruzə edən xüsusi təyinatlı kimdir? - FOTO
Vətən Müharibəsi Qəhrəmanı - Şəhid kapitan (FOTO)
Mənsum İbrahimovun qardaşı oğlu şəhid oldu - FOTO
"Oğlumun sadəcə bir arzusu vardı" - Şəhid anası
Vətəni işıqlandıran şəhidlər - FOTOLAR
Qızının yuxusunda gülümsəyən şəhidimiz – VİDEO