Son günlər Azərbaycan, İran və Rusiya arasında vahid elektrik şəbəkəsi yaratmaq mövzusu yenidən müzakirə edilməkdədir.
İranın energetika naziri Əli Əkbər Mehrabian noyabrın 20-də Rusiya ilə vahid elektrik enerjisi şəbəkəsinin yaradılacağı ilə bağlı jurnalistlərə deyib ki, Azərbaycan bu sahədə hər iki ölkə üçün ən əlverişli marşrutdur. Onun sözlərinə görə, İranla Rusiya arasında elektrik şəbəkəsinin Gürcüstan, Azərbaycan və Türkmənistan daxil olmaqla üç marşrut vasitəsilə birləşdirilməsi üçün araşdırmalar aparılıb: "Bu baxımdan Azərbaycan həyata keçirilməsi çox asan görünən və şəbəkənin inkişafı tələb olunmayan marşrutdur. Xoşbəxtlikdən bu sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası ilə çox yaxşı razılaşma əldə olunub. Bu saziş ona gətirib çıxarıb ki, biz Azərbaycanın elektrik şəbəkələrini tez bir zamanda birləşdirə bildik".
Energetika naziri İran, Rusiya və Azərbaycan arasında elektrik mübadiləsinin növbəti altı ay ərzində başlanacağına ümid etdiyini bildirib.
Məsələ 2016-cı ildən başlayaraq müzakirə edilirdi, hətta mövzu ilə bağlı konkret görüşlər olmuşdu. Amma Azərbaycanla İran arasında münasibətlər pisləşəndə məsələ aktuallığını itirmişdi. İndi isə həmin müzakirələr yenidən başlayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Azərbaycan, İran və Rusiya arasında vahid elektrik şəbəkəsinin yaradılması ilə bağlı addımların atılması hər üç dövlətin maraqlarına xidmət edən hadisədir: "Yəni, burada hər hansı üçüncü tərəfə qarşı bir hərəkət yoxdur. Əgər kimlərsə elə düşünürlərsə, deməli, onların öz xislətlərində eyni yanaşma tərzi var".
Deputat da xatırladıb ki, bu, yeni ideya deyil: "Sadəcə geopolitik vəziyyət və digər amillər bu planın reallaşmasına mane olmuşdu. İran ilə Azərbaycan arasında münasibətlərdə gərginlik dövrü yaşandı, indi isə münasibətlərdə ilıqlaşma prosesi getməkdədir. O gərginlik dövründə belə bir layihənin reallaşdırılması mənasız olardı".
E.Nəsirovun sözlərinə görə, yeni reallıq ondan ibarətdir ki, Ermənistan faktiki olaraq "Zəngəzur dəhlizi"nin (Ermənistanin Sünik bölgəsindən keçib Azərbaycanı digər ərazisi olan Naxçıvanla birləşdirməli yol) işə salınmasına imkan vermir və Azərbaycanın B planı var: "Bu, "Zəngəzur dəhlizi" üçün İranın ərazisindən istifadə etməkdir. Artıq bununla bağlı ilkin razılaşmalar var və iş gedir. Qərbin xoşuna gəlib-gəlməyəcəyi onların öz problemidir".
Siyasi şərhçi Nəsimi Məmmədli isə Azadlıq Radiosuna bildirib ki, Azərbaycan, Rusiya və İran arasında münasibətlərdəki dinamika daha çox mövcud geosiyasi proseslərlə bağlıdır: "Çox sürətlə dəyişən proseslər var. Bu, həm Rusiya-Ukrayna münasibəti ilə bağlıdır, həm də İsrail-Fələstin məsələsi da özünü göstərir".
Onun sözlərinə görə, digər tərəfdən, Azərbaycan Qarabağ məsələsini tam həll etdikdən sonra Qərblə yaranmış müəyyən anlaşılmazlıq Rusiya və İran üçün bir fürsətə çevrilib: "Onlar daha çox bu münasibətləri gərginləşdirəcək addımlar atmağa çalışırlar. Yəni, Qərblə Azərbaycan arasında daha çox gərginlik yaransın. Bu layihə də onlardan biridir".
Azərbaycan, İran və Rusiya vahid elektrik şəbəkəsindən danışır
21
noyabr
10:56

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırmaq istəyir
İranla sərhəddə elektrik stansiyası tikiləcək
İran elektrik ixracatını dayandırır
Ermənistanla İran arasında yeni saziş imzalandı
Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi
Azərbaycan və İran razılığa gəldi
İranda aksiyalar başladı: Əhali küçələrə axışdı
Litva Rusiyanın enerji resurslarından imtina etdi
Zaporojye Atom Elektrik Stansiyasının elektrik enerjisi kəsilib
Moskvada üç ölkənin nazir müavinləri görüşdü
İran qonşu ölkəyə elektrik ixracını dayandırdı
Şuşada Azərbaycan və Rusiya rəsmisi arasında görüş keçirildi
Rusiya İranda 1,4 milyard avro dəyərində elektrik stansiyası tikir
Fransanın bəzi yerlərində qışda elektrik enerjisi olmaya bilər
Naxçıvan-İran sərnişin qatarı yenidən fəaliyyətə başlaya bilər
Hadrut qəsəbəsinə elektrik enerjisi verildi
Rusiya daha bir atom elektrik stansiyasını ələ keçirdi
Azərbaycan, İran və Rusiya beynəlxalq nəqliyyat dəhlizini müzakirə edəcəklər
Ermənistan və İran arasında memorandum imzalandı
Hökumət, “Masdar” və “AccessBank” arasında razılaşma təsdiq edildi
Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırdı
Zelenski: “Ukraynada 9 milyona yaxın insan işıqsız qalıb”
Putin Azərbaycandan keçən marşrutun daha tez tikilməsini tələb etdi
Bərpa olunan enerji mənbələri ilə bağlı Komissiyanın tərkibi dəyişdi
Qərbi Azərbaycan elektrik şirkətinin direktoru həbs edilib
Ruslar Çernobılın elektrik enerjisini KƏSİB
İranla Azərbaycan arasında yeni dəmiryolu terminalı inşa ediləcək
Azərbaycanı bu ölkələrin enerji şəbəkələri ilə birləşdirəcək layihə ilin sonunadək hazırlanacaq
Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında sənədlər imzalandı
Bayraktar Türkiyədə ilk atom elektrik stansiyasının fəaliyyətə başlayacağı vaxtı açıqladı
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- 50 yaşdan sonra necə qidalanmaq lazımdır?
- Ötən ay dövlət sərhədində 5,5 milyon manatlıq qaçaqmal ələ keçib - FOTO
- Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı olan qanun layihəsi dəstəklənməyib
- 8 aylıq körpəsini dənizə atdı - VİDEO
- Qayadan tullanma üzrə dünya rekordunu yenilənib - VİDEO
- Əməliyyat zamanı dava: Həkimlər bir-birinə alətlər atdı
- Cokoviçin raketkası 107 min dollara satıldı
- Ermənistanda vətəndaşlar sərbəst şəkildə silah gəzdirə biləcəklər
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi