Sabah - 22 noyabr Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, aktyor Yaşar Nurinin anım günüdür.
Yenisabah.az-a danışan mərhum sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva bununla bağlı Mədəniyyət Nazirliyinin heç bir planının olmamasından gileylənib. O, illərdir ki, mədəniyyət nazirinin qəbuluna düşə bilmədiyini deyib:
“Sabah Yaşar Nurinin anım günüdür, amma Mədəniyyət Nazirliyinin bununla bağlı hər hansı planı yoxdur, hələ ki, bununla bağlı nazirlikdən heç bir zəng almamışam.
İllərdir ki, Mədəniyyət Nazirliyində qəbula düşə bilmirəm. Keçmiş nazir gəldi, getdi, deyirlər yeni nazir çox kübar adamdır. Mən köməkçilərinə dəfələrlə zəng vurmuşam ki, nazirin qəbuluna düşmək istəyirəm, deyirlər ki, “Xəbər verərik”, “özünə deyərik”. Amma yəqin ki bunu nazirə çatdırmırlar, çatdırsaydılar nazir ən azından məni dinləyərdi. Hələ ki, heç bir xəbər çıxmayıb”.
Rəhimə xanım tək istəyinin sabah mərhum həyat yoldaşının anılması olduğunu bildirib:
“Vaxtilə Yaşarın çalışdığı Akademik Milli dram Teatrından da səs-soraq yoxdur. Teatrın adminstratoru Elnur var, həmişə mənimlə əlaqə saxlayırdı, çox səmimi insandır. İndi ondan da bir xəbər yoxdur. Vaxtilə efirdə Yaşarla bağlı gedən süjeti Elnura atmışam ki, Yaşarın anım günü olduğu yadına düşsün.
Mənə nə lazımdır ki, həyat yoldaşı olaraq tək istəyim odur ki, Fəxri Xiyabana gedib məzarı üstə gül dəstəsi qoyub Yaşar Nurinin xatirəsini yad etsinlər. Başqa heç nə istəmirəm.
Son illərdə mənim gileyləndiyim tək mövzu mərhum sənətkarın xatirəsini əbədiləşdirməklə bağlı olub. Mən heç vaxt şəxsi mətbəximi üzə çıxaran insan olmamışam, özüm üçün heç nə istəməmişəm. 40 ilə yaxın ailəli olmuşam şəxsi məsələləri yeri gələndə heç öz qızlarım da bilməyib. Bu günə kimi heç kəsə müraciət edib nə isə istəməmişəm. Mənim yeganə istəyim Yaşarın yaradıcılığı ilə bağlı olub. Çox istərdim ki, onun oynadığı filmlər, tamaşalar haqda proqramlar, süjetlər hazırlansın”.
O, telekanallarda maarifləndirici, mədəniyyətlə bağlı mövzuların müzakirə olunmasının cəmiyyətə daha faydalı olacağını qeyd edib:
“Bu gün telekanallarda o qədər sosial verilişlər, hay-küylər yayımlanır. Ondansa sənətkarların yer aldığı nümunəvi layihələri təhlil etsinlər, gənclərə tanıtsınlar, onlara baxıb örnək götürsünlər. Belə mövzulardan o qədər dərs götürmək olar ki, hətta insan xarakterini belə dəyişdirə bilər. Mütləq deyil ki, efirdə yalnız kiminsə boşanmağı, kiminsə evdən qaçmağı, yenidən evlənməyi müzakirə edilsin. Bu tamamilə başqa mövzudur, amma mədəniyyət hər zaman təbliğ edilməlidir. Bu, cəmiyyətin gələcəyi üçün lazımdır.
Mənim mədəniyyət nazirinin qəbuluna düşmək istəyim də məhz bu mövzularla bağlıdır. Şükürlər olsun, Yaşar hər zaman ən şanslı sənət adamlarından biri olub, bizim heç nəyə ehtiyacımız olmayıb. Uşaqdan tutmuş, nazirlərə qədər hər kəs onu sevirdi. Onun üzünə bağlı olan heç bir qapı olmayıb. Həm ailədə, həm sənətdə uğurlu insan olub, mənim heç vaxt yaşayışımla bağlı şikayətim olmayıb. Yaşar sağ olanda ona hər şey verilib, dəyərləndirilib. Söhbət dünyadan köçəndən sonra xatirəsinin yaşadılmağından gedir”.
“Deyirlər ki, yeni nazir kübar adamdır...” - Yaşar Nurinin xanımı kimdən narazıdır?
21
noyabr
16:17

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Mədəniyyət Nazirliyindən Yaşar Nurinin həyat yoldaşının iddialarına reaksiya
“Yeni nazirlə görüşmək istəyirəm, ona təklikdə deyəcəklərim var...” - Yaşar Nurinin xanımı
Nazirlik Yaşar Nurinin ailəsi ilə maraqlanmır: “Bir dəfə zəng etməyiblər“
“Yaşar öləndən sonra bütün qapılar üzümüzə bağlandı” - Rəhimə Nuri
"Artıq satmağa bir şeyim yoxdur" - Yaşar Nurinin qızı
“Belə söhbətlər mənə çox toxunur” - Yaşar Nurinin xanımı
Yaşar Nurinin 70 illik yubileyi keçiriləcək
Allahverdi Yolçuyev nazirin qəbuluna düşmək istəyir
Yaşar Nurinin şəxsi əşyaları oğurlandı
“Atam məni Yaşar Nurinin qızı ilə evləndirmək istəyirdi“
Yaşar Nurinin oğurlanmış əşyaları tapılıb? - Xanımından açıqlama
Yaşar Nurinin qızından ona xəyanət edən ərinə: "İndi bir qələtdir də, edib" - VİDEO
Yaşar Nurinin müğənni qızı rəqs etdi, yaraşdırmadılar
Nazir iki idarə rəisi TƏYİN ETDİ
“Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
“Arif Quliyevi dəfn etdikləri yerin adı it dəftərində də yoxdur“ - Yaşar Nurinin xanımı
Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradıldı - SƏRƏNCAM
Türkiyəli müğənni Yaşar Nurinin qızı barədə: "Onunla dünyanın hər yerində..." - VİDEO
Nazir getdi, müəmmalı yoxlama başa çatdı: Nə nazirlikdən gələn var, nə də...
DTX-nin saxladığı deyilən nazir müavinindən XƏBƏR VAR
Mədəniyyət Nazirliyinin tabeliyində yeni qurum yaradıldı - QƏRAR
“Neçə nazir gəldi getdi, mənə nə etdilər?” - Mətanət Əsədova üsyan etdi
Rasim Balayev və Şəfiqə Məmmədova təltif edildi
Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü — EKSKLÜZİV
Yaşar Nurinin qızı evlilik verilişində: “Heç kim qarışa bilməz“ - Video
Adil Kərimli İdarə rəisini vəzifəsindən azad etdi
Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - “Ailəsinin imkanı yoxdur“
Anar Kərimovun ardınca İnam Kərimov... - Eyni gündə eyni səhv
Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü
İstintaqa cəlb olunan nazir müavini İŞDƏN ÇIXARILDI
- Şokoladdan imtina orqanizmə necə təsir edir?
- Bred Pittin oğlu onu tənqid etdi - FOTO
- Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı
- Qəhvənin gözlənilməz FAYDALARI
- Ağız qoxusu bu xəstəliklərin ilkin əlaməti ola bilər
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Bütün günü yuxulusunuz? – DİQQƏTLƏ OXUYUN
- Azərbaycanda orta və yaşlı əhali PEYVƏND OLUNACAQ
- Azərbaycanda orta və yaşlı əhali peyvənd olunacaq
- Dönərxanalardakı növbəti yoxlamaların nəticələri açıqlandı
- Xəyanətə meylli 3 BÜRC
- İlham Əliyev və Paşinyanın görüşü barədə razılıq yoxdur
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Fransa liqasında yenilik