“Gigiyenik baxımdan “ikinci əl” paltarların geyinilməsi məqsədəuyğun deyil”.
Bu sözləri söhbətində Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, radioloq Aydın Əliyev deyib.
Həkim qeyd edib ki, bu məsələnin başqa tərəfi də nəzərə alınmalıdır:
“İnsanların çoxu maddi cəhətdən imkansızdır. Ona görə də bu məsələ ilə dövlət səviyyəsində məşğul olmaq lazımdır ki, xarici ölkələrdən idxal edilən geyim məhsullarına nəzarət güclənsin. Doğrudur, daxildə buna nəzarət etmək çətindir, amma idxal zamanı yoxlanmalıdır ki, bu məhsul sanitar-gigiyenik tələblərə cavab verir, ya yox. Bəlkə o paltarın üstündə hansısa mikrob, yaxud gənə var? Kimsə bundan sığortalanmayıb”.
A.Əliyevin sözlərinə görə, həm birinci, həm də “ikinci əl” paltarlarda allergik komponentlər və s. baxımdan araşdırılmalıdır:
“Ya birinci əl və keyfiyyət standartlarına uyğun gələn, qiyməti münasib məhsulların idxalına icazə verilməlidir, ya da “ikinci əl”dirsə, yoxlanılmalıdır”.
“Azad Istehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bildirib ki, bir çox Qərb ölkəsində bələdiyyələr geyimləri, habelə mebelləri toplayır:
“Bələdiyyənin müəyyən məntəqələri olur, oraya xüsusi qutular qoyulur. Kim istəsə, qutuya pul atır, kim də istəsə, köhnəlmiş məhsulu götürür. Axşamüstü isə bələdiyyə gəlib həmin malları yığışdırıb utilizasiyaya aparır”.
AİB sədri aydınlaşdırıb ki, bəzi ölkələrin biznesmenləri bələdiyyələrlə şərikli işləyir. Onlar malların utilizasiyasının qarşısını alır və “ikinci əl” mallar xarici ölkələrə göndərilir:
“Birmənalı şəkildə, bu mallar kiloqramla göndərilir. Alıcı ölkələrdə isə “ikinci əl” mallar 10-15 dəfə baha qiymətə satılır. Azərbaycanda bu biznes mövcuddur. Tədqiqatlarımız göstərir ki, “ikinci əl” dükanında uşaq paltarları 5 yaşdan yuxarı uşaqlar üçün olmalıdır. Çünki uşaqların gigiyenik tələbləri həssasdır və məişət sertifikatında bunlar göstərilir. Amma Azərbaycanda hətta 2-3 yaşlı uşaqlar üçün “ikinci əl” paltarları satılır”.
“Bu mallar özlərinin dəbli tikişləri ilə insanların diqqəti cəlb edir ki, ölkəyə gələn kimi alıcıları çoxalır. Tövsiyəm odur ki, “ikinci əl” malları alan insanlar mütləq şəkildə onu yusunlar, isti emaldan keçirib ondan sonra istifadə etsinlər. Çünki müxtəlif ölkələrin dəri xəstəlikləri ikinci əl mallar vasitəsilə insanlara çata bilər”, - deyə E. Hüseynov fikirlərini yekunlaşdırıb.
“İkinci əl” paltarlar: Azərbaycanda onlara tələbat artıb - Hansı zərəri var?
21
noyabr
18:35

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bazarda qiymətlər AT BELİNDƏ - Ərzaq böhranından XİLAS YOLU...
“Təhlükəli virus Azərbaycana da çata bilər“ - Xəbərdarlıq
Növbəti yumşalma hansı sahədə olacaq? – HƏKİM RƏYİ
Un və çörəyin qiyməti yenidən arta bilər
İkinci dəfə evlənən Hüseyn: "Hamı məni təhqir etdi"
Apteklərdə “Nurofen” niyə tapılmır? - ARAŞDIRMA
Azərbaycan İran məhsullarından imtina edir?- “Uduşumuz olacaq”
“Al Market”in Azərbaycana gətirdiyi ədviyyatda kif göbələyi aşkarlandı
Rusiyadan gətirilən toyuq dərisi məhsulunda salmonella aşkarlanıb
Marketlərdə Ukrayna adı ilə İran duzu satılır? - AÇIQLAMA
Azərbaycan bu ölkələrdən məhsul idxal edib
Generallar İkinci Fəxri Xiyabanda - FOTOLAR
Prezidentdən neftin qiyməti ilə bağlı AÇIQLAMA
Deputatlar bu gün toplaşır
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
Azərbaycanda it-pişik saxlayanlara pis xəbər
Həkim-infeksionist: “İkinci dalğa qaçılmazdır, daha çox yoluxma...”
"Dünyanın ikinci ordusu indi 22-ci də deyil" - Zelenski
Azərbaycanda dərmanların keyfiyyətinə nəzarət gücləndirilməlidir
Azərbaycanda koronavirusun ikinci dalğası olmaya bilər
İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
AQTA-dan "Kırlangıc" yağı ilə bağlı AÇIQLAMA
Bu enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib
“Bayram ziyarətləri yoluxma sayını artıracaq“ - Bədbin proqnoz
Rusiyadan idxal olunan şirniyyat yararsız çıxdı
Ekzotik meyvələr necə yeyilməlidir? - Dietoloq məsləhətləri
Vaksinasiyadan öncə bunlar edilməlidir - HƏKİM RƏYİ
Uşaqpulu ilkin mərhələdə kimlərə veriləcək?
Lirə dəyər itirməkdə davam edir - Azərbaycanda türk malları ucuzlaşacaq
Prezidentdən rüşvətxor məmurlara xəbərdarlıq: “Buna son qoyulmalıdır”
- Ayşvariya TANINMAZ HALDA - FOTO
- Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
- Təyyarənin ən çirkli 5 yeri
- Kaan ata oldu
- Oğlu ilə gəlini ayrı evə çıxıb
- Rusiyanın gücü ABŞ və Kiyevi danışıqlara məcbur edəcək
- Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib
- Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilir
- Maks Ferstappen sərxoş vəziyyətdə Qətər Qran-prisini qazanıb
- Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi
- Qəhvəni gündəlik içməyin ziyanı və faydaları
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Mədəaltı vəzi məhv edən QİDALAR
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsinə başlayıb
- Bu yolda məhdudiyyət tətbiq edilib (FOTO)
- "Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmalıyıq" - Stoltenberq
- Sabahın havası açıqlandı
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi