Muzeylərdə və sənət qaleriyalarına giriş ödənişli olduğu halda, burada şəkil çəkdirmək üçün də əlavə vəsait tələb olunur. 

Bunun səbəbi ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, “Muzeylər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən muzey fondlarına daxil olan və Azərbaycan Respublikası muzeylərində saxlanılan muzey əşyalarının, eləcə də kolleksiyalarının kommersiya məqsədi ilə əks etdirilməsi hüququ muzeylərə məxsusdur. 
 
Həmin Qanunun 25-ci maddəsinə görə muzeylər qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq təsərrüfat fəaliyyəti ilə də məşğul ola bilərlər.

Bu fəaliyyətdən əldə edilən gəlir bütövlükdə muzeylərin sərəncamında qalır.