Baş nazir sərəncam imzaladı
17-12-2020, 19:20
119

Baş nazir sərəncam imzaladı

Baş nazir Əli Əsədov “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncam imzalayıb.
Gündəlik Bakının məlumatına görə, sərəncam “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli 2343 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə imzalanıb.
Sərəncama əsasən,  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.
 Maliyyə Nazirliyi:
-“2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli 2343 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş qaydada mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin;
- bu Sərəncamın 1.1-ci bəndində göstərilən vəsaitin 2 920 500 (iki milyon doqquz yüz iyirmi min beş yüz) manatının Gəncə Şəhər İcra Hakimiyyətinin, 67 000 (altmış yeddi min) manatının Mingəçevir Şəhər İcra Hakimiyyətinin, 1 848 500 (bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz) manatının Ağdam Rayon İcra Hakimiyyətinin, 586 000 (beş yüz səksən altı min) manatının Ağcabədi Rayon İcra Hakimiyyətinin, 233 000 (iki yüz otuz üç min) manatının Bərdə Rayon İcra Hakimiyyətinin, 124 000 (bir yüz iyirmi dörd min) manatının Beyləqan Rayon İcra Hakimiyyətinin, 41 000 (qırx bir min) manatının Cəbrayıl Rayon İcra Hakimiyyətinin, 4 000 (dörd min) manatının Naftalan Rayon İcra Hakimiyyətinin, 2 296 500 (iki milyon iki yüz doxsan altı min beş yüz) manatının Tərtər Rayon İcra Hakimiyyətinin, 494 500 (dörd yüz doxsan dörd min beş yüz) manatının Füzuli Rayon İcra Hakimiyyətinin və 421 500 (dörd yüz iyirmi bir min beş yüz) manatının Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına ödənilməsini təmin etsin.
- Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsinlər.
- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxşar xəbərlər

Mülki əhaliyə dəymiş ziyan 10 günə ödəniləcək
Müharibə zamanı dağıdılmış evlərlə bağlı ödəniləcək məbləğ açıqlandı - SƏRƏNCAM
Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
Ermənilərin mülki əhaliyə vurduğu ziyanın statistikası AÇIQLANDI
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
Erməni təxribatı nəticəsində əhaliyə dəymiş ziyan hesablanır
Füzuli və Cəbrayıla dəymiş ziyan müəyyənləşib
Ermənistan təxribatının məktəblərə vurduğu ziyan
Ermənistanın təcavüzü nəticəsində həlak olmuş şəxslər şəhid hesab olunur
Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub
Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Təltif edilməyən generallar - SİYAHI
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Ermənistan təcavüzü qurbanlarının sayı AÇIQLANDI
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər açıqlandı - RƏSMİ
Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı FƏRMAN
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Prezident liftlərlə bağlı sərəncama dəyişiklik etdi
Prezident sərəncam imzaladı: büdcədən 2,2 milyon manat ayrıldı
Deputatlar bu gün toplaşır
Azərbaycan Ordusuna Yardım Fondu yaradılır - Fərman
Baş Nazirdən yeni QƏRAR
Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif etdi - SİYAHI
Baş Nazir Xocavəndlə bağlı sərəncam imzaladı
Milii Məclisin növbəti iclasının gündəliyi açıqlandı
İlham Əliyevdən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə bağlı SƏRƏNCAM
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb