Azərbaycanda nə vaxt toy keçirmək mümkün olacaq?
18-12-2020, 09:35
145

Azərbaycanda nə vaxt toy keçirmək mümkün olacaq?

Tanınmış kardioloq və millət vəkili Rəşad Mahmudov Azərbaycanda yas mərasimləri və toylara nə zaman icazə verilməsinin vaxtını açıqlayıb.
Bu barədə "Ölkə.az"a açıqlama verən millət vəkili Rəşad Mahmudov bildirib ki, hazırda əsas məsələ xəstə sayının minimuma endirilməsidir.
"Hazırda cəmiyyəti narahat edən məsələlərdən biri də toy və yas mərasimlərinin keçirilməsi ilə bağlıdır. İndiki şəraitdə, xüsusən də qış aylarında havaların soyuq keçdiyi bir zamanda və indiki durumda  toy və yas mərasimlərinin keçirilməsinə qətiyyən yol vermək olmaz. 
Amma havalar qızdıqca, yaz aylarında bizim üçün müəyyən imkanlar yaranacaq. Ümid edirəm ki, o vaxtadək də xəstəliyə yoluxanlaırn sayı minimuma enəcək və ondan sonra bu məsələlərə baxmaq olar. Virusa yoluxma minimuma düşdükdən sonra tədricən toy və yas mərasimlərinin keçirilməsinə baxıla bilər", - deyə Rəşad Mahmudov bildirib.
Bir insanın ikinci dəfə virusa yoluxma halı ilə bağlı məsələyə aydınlıq gətirən R.Mahmudov deyib ki, istər koronavirusa yoluxan olsun, istərsə də peyvənd olunan  şəxsin ikinci dəfə yoluxma ehtimalı var: "Çünki peyvənd tam qoruyucu deyil. Digər tərəfdən qripal xəstəliklər zamanı da insan ildə iki dəfə qripə yoluxa bilər. Düzdür, bu ehtimal azdır, amma mümkündür. Amma ikinci dəfə yoluxan şəxs xəstəliyi birinci dəfədəkindən yüngül keçirir".

Oxşar xəbərlər

Azərbaycanda yas mərasimlərinə məhdudiyyət tətbiq edilir?
Toyların keçirilməsinə icazə verilə bilər - 150-200 nəfərlik
Bu dərmanları qəbul edənlər koronavirusu yüngül keçirir
Toy və nişan mərasimləri keçirilə bilər
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
Koronavirusdan sağalan insan təkrar bu xəstəliyə yoluxa bilərmi?
SMS icazə ilə bağlı AÇIQLAMA
“COVİD-19 soyuq havada daha tez yayılır” – İkinci dalğanın “ayaq səsləri”
Koronavirusla bağlı SON STATİSTİKA
Yas mərasimləri ilə bağlı qadağalar karantindən sonra yüngülləşdiriləcək?
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA
Professordan iddia: Azərbaycanda 1 ay sonra koronavirus yox olacaq
Azərbaycanda 10-da çox deputat virusa yoluxdu - ADLAR
“Koronavirusa yoluxma indiki sayın 2-3 qatına qədər arta bilər“ - TƏBİB rəsmisi
İkinci dalğa gələrsə: - Azərbaycanda koronavirus xəstəxanalarında boş yer var?
“Qışda COVID-19 adi xəstəlik kimi olacaq”
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər
“Camaatın ailəsi dağılır”, “Rəhmətə gedən oldu, toy qaldı”, “100 ofisiant işsiz qalıb”
Koronavirusa yoluxan deputatların vəziyyəti necədir…
Azərbaycanda koronavirusa yoluxma üzrə ölüm faizi açıqlandı
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
Gələn həftədən xəstələrin sayı artacaq - Gün ərzində 40-50 nəfərin ölməsi halı adiləşəcək
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
“Sərt karantin tətbiq edilib-edilməməsi hər birimizdən asılıdır” - deputat
“Bu həftədən “SMS icazə” sisteminə keçirilə bilər” - AÇIQLAMA
“Payızda sərt karantinə qayıtmalı olacağıq, aprelə qədər belə davam edəcək” - Həkimdən şok proqnoz
“Sosial məsuliyyətsizlik yoluxma sayını artırır“ - İnfeksionist
DYP deputata cavab verdi: Videokameralara baxış keçiriləcək
Sərt karantin hansı nəticələri verəcək?