Bakıda “Dostlar” kafesi, Sumqayıtda "Power gym" qanunsuz işləyirmiş - VİDEO
18-12-2020, 12:28
456

Bakıda “Dostlar” kafesi, Sumqayıtda "Power gym" qanunsuz işləyirmiş - VİDEO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Sumqayıt şəhərində keçirilən növbəti tədbir zamanı 11-ci mikrorayon ərazisində yerləşən idman-trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Polislər baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər. Onlardan 3 nəfəri yetkinlik yaşına çatmadığı üçün profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. İdman zalında olan 12 nəfər barəsində inzibati protokol tərtib edilərək hər biri cərimə edilib. Həmçinin obyektin sahibi Rəşad Xudaverdiyev və daha 2 nəfər işçisi saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Obyektin sahibi müvafiq olaraq 4 000 manat, işçilərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.
Polis əməkdaşlarının paytaxtın Nərimanov rayonunda keçirdikləri növbəti tədbir zamanı isə qanunlara zidd olaraq işləyən kafe aşkar edilib. Araşdırma zamanı “Dostlar” kafesini icarə əsasında işlədən paytaxt sakini Həsən Bağırovun müştərilərə yerində xidmət göstərdiyi müəyyən edilib. Obyektin kabinetlərinə baxış zamanı ümumilikdə 13 nəfər müştəri müəyyən edilib. Onların hər biri, eləcə də kafeni işlədən Həsən Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci ( epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.
Bir daha vətəndaşlardan tələb olunur ki, koronovirusla mübarizədə tətbiq edilən qaydalara mütləq qaydada əməl etsinlər.
 


Oxşar xəbərlər

Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Qusarda qanunsuz işləyən oyun zalı müəyyən edildi
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Polis toyu yarımçıq saxladı - 10 nəfər cərimələndi
“Ray club” qanunsuz fəaliyyət göstərirmiş
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı
Bakıda kafenin sahibi həbs edildi, müştəriləri - CƏRİMƏLƏNDİ
Sumqayıtda hazırlıq kursunun direktoru həbs edildi
Biləsuvarda idman zalı işlədən və orada məşq edənlər cərimələndi
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Şamaxıda toy məclisi təşkil edənlər cərimələndilər
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
Kafedə karantini pozan 12 nəfər polis şöbəsinə gətirildi
Ağdaşda karantin qaydalarını pozan obyektlər aşkar edilib
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
Karantin rejimi qaydalarını pozan ictimai-iaşə obyekti aşkarlanıb
Bakıda sanitariya-gigiyena qaydalarını pozan şəxs cərimələndi
Məclis təşkil edib "Instagram"da video paylaşanlar cərimələndi
Yasda iştirak edən axund və 20 nəfər cərimələndi
Hökməli bələdiyyəsinin sədri cərimələnib
Bakıda karantini pozan restoran aşkarlandı,  46 nəfər cərimələndi
Çayxanaya gedənlər cərimələndi - Foto
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Qanunsuz ov edənlərə 3 minlik cərimə
Qanunsuz ov edən şəxslər cərimələniblər
Cəlilabadda gizli fəaliyyət göstərən iki kafe aşkar edilib
Gizli şəkildə xınayaxdı mərasimi keçirənlər saxlanıldı - FOTO
Su Polisindən daha bir uğurlu əməliyyat - VİDEO