Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
18-12-2020, 14:47
350

Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi

Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Oruc Nüsrət oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Oruc Nüsrət oğlunun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Cabbarova Münəvvər Cəlil qızı vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranıb.
17 dekabr 2020-ci il tarixdə Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Baş həkim həbs edildi
Direktor rüşvətə görə həbs edildi
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Daha bir vəzifəli şəxs rüşvətə görə həbs olundu
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Azərbaycanda vəzifəli şəxslər rüşvət alarkən YAXALANDI
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
Bələdiyyə sədrinə cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Rüşvət üstündə tutulan məmur həbs olundu
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Şirkət əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Daha bir sabiq məmura cinayət işi açıldı