Xocavənddə yaralı yoldaşlarını xilas etmiş qəhrəman - Video
18-12-2020, 15:54
201

Xocavənddə yaralı yoldaşlarını xilas etmiş qəhrəman - Video

44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Qubadlı rayonundan olan Həsənzadə Məhəmmədəli Hörmət oğlu da var.
H.Məhəmmədəli 1999-cu il may ayının 1-də Sumqayıt şəhərində doğulub.
O, 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayonunun Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib.
Həmin ilin qəbul imtahanlarında 356 bal ilə Azərbaycan Turizm və Menecment Universitetinin Biznesin idarəçiliyi fakültəsinin "Menecment" ixtisasına qəbul olub. 2020-ci ilin iyul ayında ali təhsili başa vuraraq hərbi xidmətə göndərilib və Qusar rayonunda N saylı hərbi hissəsində xidmət edib.
Məhəmmədəli sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. Döyüşlərdə böyük şücaət göstərən Məmmədəli düşmənin bir neçə texnika və canlı qüvvəsini məhv edib. O, Hadrutda gedən ağır döyüşlərdə əsgər yoldaşının həyatını xilas edib. Döyüş yoldaşı Yarıyev Azər deyir ki, həyatda sağ qalmasına görə Məhəmmədəliyə borcludur. Onun sözlərinə görə, Məhəmmədəli ondan başqa, daha bir neçə nəfəri yaralı vəziyyətdə döyüş meydanında çıxarmağa müvəffəq olub.
Şəhidimizin atası Hörmət Həsənzadə isə 1-ci Qarabağ və Aprel döyüşlərində iştirak edib. Oğlunun şəhid olması ilə fəxr edən ata "Mənim yarımçıq qoyduğum işi oğlum layiqincə bitirdi" deyir.
CəbrayılFüzuli, Hadrut istiqamətində vuruşan Məhəmmədəli noyabrın 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 8-də Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Prezidentİlham Əliyevin sərəncamı ilə Həsənzadə Məhəmmədəli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.(report)
Allah rəhmət eləsin!



Oxşar xəbərlər

Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
Yaralı halda əraziləri minadan təmizləyən qəhrəman zabit - Video
Vətən Müharibəsi Qəhrəmanı adı verilən 26 yaşlı gənc kimdir?
Arzusuna çatdıqdan sonra şəhid olan baş leytenant - VİDEO
Çoban Xanışın şəhid nəvələri - Foto
Xüsusi təyinatlı şəhidin vəsiyyəti: "Zeynəbimi axtararsız" - VİDEO
Xüsusi təyinatlı Əliqismətin real döyüş VİDEOSU
Ermənilər əsgərlərimizi pusquya salmaq istəyərkən özləri pusquya düşdü - Video
Şuşada ermənilərlə əlbəyaxa döyüşən şəhidimiz
Düşmənin yeddi postunun alınmasında iştirak edən şəhid leytenant Zaur Hüseynov - VİDEO
Əsgərini canı hesabına xilas edən komandir - VİDEO
Vətən müharibəsində şəhid olan mədəniyyət işçiləri
Hulusi Akarın təltif etdiyi tankçımız şəhid olub
Texniki Universitet Vətən müharibəsində 24 şəhid verib - Foto
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
Vətən Müharibəsində şəhid olan daha bir müəllim - FOTO
Şəhidimizin ailəsinə yazdığı son məktub
Vətəni işıqlandıran şəhidlər - FOTOLAR
Düşməni öz silahıyla məhv edən hərbçilərimiz - VİDEO
Sağ qalan Milli Qəhrəmanlar kimlərdir? - SİYAHI, FOTO
Vətən Müharibəsi Qəhrəmanı - Şəhid kapitan (FOTO)
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu (VİDEO)
Döyüşdə böyük rəşadət göstərən igidlərimiz - VİDEO
“Xaloğlum ordadır” deyib, ermənilərin içinə girdi - VİDEO
5 yaşında çıxdığı Cəbrayılı 30 il sonra azad edən igid - VİDEO
Əmiləri ilə çiyin-çiyinə vuruşan qazimiz - VİDEO
Sonuncu döyüşü Qubadlıda oldu: Tatmidən cəbhəyə - VİDEO
"Əsgərlərini xilas etsə də, özü düşmən gülləsinə tuş gəlib" - VİDEO
Daxili Qoşunların zabiti Şuşada şəhid olub