"Peyvəndə cəlb ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir"
23-04-2020, 17:00
158

"Peyvəndə cəlb ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir"

Aprelin 20-dən başlayan və 26-da başa çatdırılacaq "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvəndə cəlb ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir.
Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
A.Əliyevanın sözlərinə görə, "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvənddən kənarda qalan uşaqlar peyvəndlənməyə cəlb ediləcəklər:
"Bunun üçün uşaqlar tibb müəssisəsinə gətirilməlidir. Valideynlər SMS-lə icazə alaraq, tibb müəssisəsinə gəlməlidirlər. Tibb müəssisələri də peyvənd otaqlarında tələb olunan şəraiti yaradaraq valideynləri telefonla dəvət etməlidir".
A.Əliyeva qeyd edib ki, tibb müəssisələrinin məsul işçiləri valideynlərlə telefonla əlaqə saxlayaraq uşaqlarda hərarət və digər xəstəlik əlamətlərinin olub-olmadığını öyrənməlidir. Belə uşaqlar olarsa, onların tibb müəssisəsinə dəvət edilməsinə ehtiyac yoxdur.
A.Əliyeva peyvəndə tam sağlam uşaqların cəlb edilməsini də vacib sayıb:
"Tibb müəssisəsinə dəvət edilən uşağın ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmalı deyil. Əgər uşaq sağlamdırsa, ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmayıblarsa, onda uşağı peyvənd etdirmək üçün tibb müəssisəsinə gətirmək olar".
Mərkəz rəsmisi əlavə edib ki, sıxlıq yaranmasın deyə, valideynlər tibb müəssisələrinə növbə ilə dəvət edilməlidirlər:
"Eyni saata düşən valideynlərin sayı 10 nəfərdən çox olmamalıdır. Peyvəndə gələn valideynlər də bir nəfər uşaqla gəlməlidirlər ki, insanların təması azalsın".

Oxşar xəbərlər

Azərbaycanda neçə tibb işçisi koronavirusa yoluxub? - RƏSMİ
Bir rayondan digər rayondakı tibb müəssisəsinə tibbi arayışla getmək olar - BDYPİ
ABŞ-da tibb işçiləri etiraz aksiyası keçirdi - FOTO
Dağıstanda 3 tibb mərkəzi tikiləcək: Hökumət 2 milyard ayırdı
Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
Pandemiya xəstəxanalarında tibb işçiləri eyni geyimdə neçə saat qala bilər?
İranda “saxta tibb bacısı” əməliyyatı
“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi müzakirədən çıxarılıb
Məhəbbət Vəliyeva: "Məktəbin işi valideyni yalnız iclasa çağırmaqla bitməməlidir"
Bu ölkədə uşaq bağçaları və məktəblər açılır
Məktəb vacibdir, uşaq kollektivdə olmalıdır - AKTUAL
Bağçadan ayrı düşən uşaqlar: - "Evdəki rahatlığa alışdıqdan sonra çətin olacaq"
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
Həkimlərə verilən əlavə ödənişin müddəti bu tarixədək UZADILDI
"Qaydalara biganəlik – həyatımıza təhlükədir!" - FHN çimərlikdən istifadə qaydalarını açıqladı
Mehriban Əliyeva üçün özəl gün
Kimlər üçün maskadan istifadə etmək təhlükəlidir?
Abşeronda usta bədbəxt hadisə nəticəsində ölüb
Jurnalistlər həftə sonları necə işləyəcək? - RƏSMİ AÇIQLAMA
MN Tibb Baş İdarəsinin rəisi  Rəşad Behbudovdur yoxsa Elxan İbrahimov?
Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - Açıqlama
Ramiz Mehdiyevin general qohumu da həbs edilə bilər-FAKTLAR
COVID-19-dan sağalan həkim Cavid Paşayev evə buraxılıb - Foto
Məktəbəhazırlıqla bağlı ən çox verilən suallara CAVAB
Nazirlər Kabineti həkimlərlə bağlı qərar verdi: Oktyabrın 1-dək uzadıldı
Əli Əsədov bu qanunu təsdiq etdi
Azərbaycanda “Görünməyən düşmən” adlı film yayımlanacaq – VİDEO
Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”