Karantin rejiminin tələblərini pozan vəzifəli şəxslər həbs edildi
19-12-2020, 12:28
196

Karantin rejiminin tələblərini pozan vəzifəli şəxslər həbs edildi

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, vəzifəli şəxslər - Cahangirli Pərviz Vasif oğlu və Kərimov Elçin Rafiq oğlunun “icaze.gov.az” portalına saxta məlumatlar daxil edərək ölkədə mövcud olan sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə vətəndaşların qanunsuz olaraq sərbəst hərəkətini təşkil etmələri faktı ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarları ilə hər iki şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcək.

Oxşar xəbərlər

Daha bir koronavirus xəstəsinə cinayət işi açıldı
Koronavirus xəstəsi olan aptek rəhbərinə cinayət işi açıldı
Baş Prokurorluqdan karantini pozanlara XƏBƏRDARLIQ
Karantin rejimini pozan vəzifəli şəxslərin sayı açıqlandı
Karantin cərimələri artırıldı - MƏBLƏĞ
Karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi
Maskayla bağlı 9 nəfərin işi polis şöbəsinə göndərildi
Karantin qaydalarının pozulmasına görə yeni cərimələr təsdiqləndi - 10 min manata qədər...
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
51 korona xəstəsi saxlanıldı
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Yevlaxda toy məclisi keçirənlər cərimələndi
Ötən gün 49 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycanda maskaya görə cərimələr yenidən ARTIRILIR
Karantini pozanlar daha böyük məbləğdə CƏRİMƏLƏNƏCƏK
Bakıda Tibb Mərkəzi karantin qaydalarını pozdu
Bu şəxs Bakıya maşının “baqaj”ında girməyə cəhd etdi - FOTOLAR
Azərbaycanda karantin rejiminin tələblərini pozan polislər cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırıldı
Sumqayıtda hazırlıq kursunun direktoru həbs edildi
Kafedə karantini pozan 12 nəfər polis şöbəsinə gətirildi
Ötən gün daha 33 koronavirus xəstəsi saxlanılıb
Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Açıq havada qoruyucu maska taxmayanlar cərimələnəcək
“Planet Parni İz Baku” karantin qaydalarını pozduğuna görə cərimələndi
Bu şəxslərə “icaze.e-gov.az” portalı vasitəsilə icazə veriləcək
Bakıda ad günü keçirib video paylaşanlar CƏZALANDIRILDI
Azərbaycanda iki özəl klinika cərimələnib