Binəqədi İH Biləcəridə təhlükəyə göz yumur – Foto
21-12-2020, 15:56
90

Binəqədi İH Biləcəridə təhlükəyə göz yumur – Foto

Bakının Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Reportyor.info xəbər verir ki, sakinlər qəsəbədə yaranmış dərin gigiyenik problemlərə ciddi diqqət ayırmağı xahiş ediblər. “Belə ki, yaşadığımız ərazidə illərdir ki, “Məmmədoğulları” ASC-nin servis ərazisindən başlayan kanalizasiya və çirkab suları yaşadığımız ərazinin yaxınlığından keçməkdədir.

Bununla bağlı bir neçə dəfə müvafiq orqanlara, o cümlədən də Binəqədi Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilsə də, təəssüflər olsun ki, hələ bu günə qədər heç bir tədbir görülməyib.

izə şəxsən bu ilin iyul ayında ünvanladığımız məktubdan və məsələnin bir sıra media saytlarında ictimailəşdirilməsindən sonra Binəqədi Rayon İcra Hakimiyyətindən heç kim bu məsələnin həll olunmasına səy göstərməyib. Əvəzində isə Binəqədi RİH problemin həll olunması üçün “Azərsu” qarşısında qaldırıldığını vurğulamaqla məsuliyyəti öz üzərindən atmaqla bitmiş hesab edib”, – Prezidentə müraciətdə deyilir.

Sakinlərin sözlərinə görə, bundan əlavə, bu ilin iyul ayında Binəqədi RİH-ə gediblər: “İH-nin əməkdaşı ilə söhbət əsnasında bizə bildirildi ki, bu günlərdə kanalın ləğv olunması ilə bağlı layihə mütləq şəkildə icraya başlayacaq.

Amma o vaxtdan bu yana 5 aydan artıq zaman keçməsinə baxmayaraq, RİH tərəfindən heç bir addım atılmayıb. Qeyd etməliyik ki, yaşadığımız ərazidə xeyli sayda azayaşlı uşaqlar vardır, amma kanalın yaratdığı dözülməz üfunət və qeyri-adekvat şərait onların başqa yerdə oynaması üçün alternativ tanımayıb.

Üstəlik də, pandemiya dövründə onların sağlamlığı gələcəkdə arzuolunmaz nəticələrə bilər ki, bu da ərazidə müxtəlif cür infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Bundan əlavə, hər yağış yağanda kanaldan su daşaraq ətrafdakı evlərin həyətinə dolur, əhalinin gündəlik gediş-gəliş üçün istifadə etdiyi yolu su tamamilə basır.

Sakinlərin ətrafa yayılan çirkab sularda çəkmə ilə gəzməsi böyük bir narahatlığa səbəb olub. Ona görə də, bu kanalın birdəfəlik ləğv edilməsi sakinlər üçün əsas məsələyə çevrilib.



Diqqətinizə onu da çatdırırıq ki, hər dəfə ərazidə yaranmış problemlə bağlı mətbuatda yazı gedəndən sonra Binəqədi RİH-dən problemin qabardıldığı media orqanlarının rəhbərlərinə zəng edilərək müxtəlif yollarla gedən yazının sildirilməsinə çağırış edilib.

Hesab edirik ki, bu da sizin hər zaman ictimai nəzarətin, xüsusilə də İcra Hakimiyyəti orqanlarının əhalinin qarşılaşdığı problemlərin zamanında həll olunması bağlı səsləndirdiyiniz haqlı fikirlərə tamamən ziddir, və bu hərəkət yolverilməzdir.

Açığı, biz sakinlər problemin həllinin illərlə ləngiməsini Binəqədi RH-nin “Məmmədoğullar” ASC ilə hər hansı formada gizli sövdələşməsinin olduğundan irəli gəldiyindən şübhələnirik. Çünki hər dəfə bizə verilən yalan vədlər bunu deməyə əsas verir.

Biz artıq hər dəfə həm Binəqədi RİH, həm də Biləcəri bələdiyyəsinin problemin çox yaxın zamanda həll olunmasına dair söylədiyi yalanlardan bezmişik.

Yuxarıda qeyd olunan problemləri nəzərə alaraq, tərəfinizdən problemin dərhal aradan qaldırılmasını nəzarətə götürməyinizi və bununla əlaqədar olaraq Binəqədi Rayon İcra hakimiyyətinə ciddi tapşırıq verməyinizi xahiş edirik”.
Binəqədi İH Biləcəridə təhlükəyə göz yumur – Foto

Oxşar xəbərlər

Binəqədinin icra başçısına yeni müavin təyin edildi
“Azərsun” həyatımızı necə təhlükəyə atır... - VİDEOFAKT
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
Qəbristanlıqdan 2 000 manatlıq oğurluq edən şəxs saxlanıldı
Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
21 yaşlı gəlin ərinin dostu tərəfindən qaçırıldı - Bakıda biabırçılıq
DİQQƏT! - Bu yolda hərəkət məhdudlaşdırılır
Şəhidlərə aid lövhələri kimlər söküb? - Açıqlama
Bakıda moteldə arvadını öldürən şəxs barəsində qərar verildi
Bakıda avtomobil azyaşlını vuraraq öldürüb
Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
Xırdalanda kanalizasiya xətti partladı, yolları su basdı - Foto
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı - FOTO
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Azərbaycanda bələdiyyə sədri koronavirusdan öldü
“Araz”, “Bolmart” və “Bazar store”nin sahibləri və işçiləri məsuliyyətə cəlb olundular
Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər, sonra qarət etdilər
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Binəqədi rayonunda xanım sürücünün yolunu kəsən şəxs 20 sutka həbs edildi - DİN
Bakıda ərinin dostu tərəfindən qaçırılan 21 yaşlı gəlindən YENİ XƏBƏR
Bakıda küçədə dəhşətli qətl: arvadını uşaqlarının gözü qarşısında öldürdü
Nazir onu bu bölməyə rəis TƏYİN ETDİ
Şirin su xətti çirkab su altında: Bakıxanovlular təhlükə qarşısında (ŞİKAYƏT)
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda marketlərdə reyd keçirilib - Cərimələnənlər var
Virus Binqədidə niyə “tüğyan edir”? - Mərkəz direktoru da bilmir
İsmayıllının icra başçısından özbaşınalıq... - Sahibkar Prezidentə müraciət etdi
Binəqədi rayonunda ərzaq mağazasında satıcıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Prezident icra başçısını işdən çıxardı
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil... - GİLEY