Müğənni Afət Fərmanqızı da həmkarı, Əməkdar artist Mətanət İsgəndərliyə dəstək olub.
Yenisabah.az xəbər verir ki, Mətanət İsgəndərli ilə fotosunu paylaşan ifaçı onu sevdiyini bildirib:
"Ürəyi gözəl, özü gözəl Mətanət xanımla təsadüfən hava limanında qarşılaşdıq. Əziz dostlar, gəlin belə sənətkarlarımıza dəyər verək. Gəlin söz-söhbətdən, umu-küsüdən uzaq olaq. Beş günlük dünyadı. Hər ailədə söz-söhbət var. Mətanət xanımı tanıyan biri olaraq deyim biləsiz ki, hər zaman kasıba əl tutan, haqlının yanında olan, qəlbi də özü kimi gözəl olan sevdiyimiz xanım sənətkarımızdır".
Qeyd edək ki, sənətçi son günlər gəlini ilə arasında baş verən qalmaqalla gündəmə gəlir. Mətanət İsgəndərlinin oğlundan boşanan Canana müğənnini saxtakar adlandımışdı. Onlar arasındakı qalmaqala səbəb yaşadıqları ev olub.