“Azərbaycanlıların rus dilindəki ləhcəsi paxlava kimi şirindir” - FOTO
24-04-2020, 14:30
190

“Azərbaycanlıların rus dilindəki ləhcəsi paxlava kimi şirindir” - FOTO

“Moskvada vəziyyət elə Bakıdakı kimidir. Burada hava yaxşı deyil, ona görə də, küçəyə çıxmaq istəyi də yoxdur. Moskvada hava günəşli olsa da, sərindir. Belə hava isə gəzmək üçün əlverişsizdir”.
Bu sözləri gənc yaşlarından Rusiyaya köçüb, orada stilist fəaliyyəti ilə uğurla məşğul olan bakılı Vlad Lisovetskiy İTV-də yayımlanan “Gəl qonaq ol!” proqramında deyib.
Hazırda hamı kimi gününün çox hissəsini evdə keçirən stilist karantinin ona yaxşı təsir etdiyini və gənclik illərinə geri qaytardığını dilə gətirib:

“Bütün günü evdəyəm. Çox düşünürəm. Daha çox sosial şəbəkə vasitəsi ilə hamı ilə ünsiyyət qururam. Yanımda bir gözü göy, digər gözü yaşıl pişiyim yatır. Sizinlə söhbət məni vətənimə qaytardı. Karantin məni yenidən gəncliyimə apardı. 25 ildir ki, daim işləyirəm, biznesimlə məşğul oluram, hər gün çəkilişlərdəyəm. İndi isə heç nə etmirəm.
Bu karantin məni 16 yaşıma apardı. Axşam saat 9-dan sonra bilmirdik ki, nə işlə məşğul olaq. İki kanala baxa bilirdik. Biri Azərbaycan, digəri də Rusiya dövlət televiziyası. Evdə otururduq, hər yer qaranlıq idi, küçəyə çıxmırdıq. O zamanlar hamının telefonu da yox idi. Axşamlar ancaq oturub düşünürdüm. İndi də düşünürəm. Hazırda işim yoxdur. Çünki karantinə görə hər yer bağlıdır.

İndi bütün dünya karantindədir. Bu bir sınaqdır. Biz hər zaman özümüzdən qaçırıq. Oturub şəkillərə baxırıq. Hər zaman diqqətimiz yayınır. Heç kim oturub öz-özü ilə danışmır. Çünki çoxları özündən qorxur. Mən özümdən qorxmuram. Gözəl mənzilim var. Evimi aldım, gözəl təmir etdim. Amma vaxtım olmadı ki, bu gözəllikdə zaman keçirim. İndi bir aydan çoxdur ki, evimdəyəm və bundan ləzzət alıram”.
Proqramın aparıcısı Saleh Bağırovun rus dilindəki Azərbaycan ləhcəsinə valeh olan V.Lisovetski bunu paxlavaya bənzədib:

“Müxtəlif ölkələrə səyahət edirəm. Moskvada dostum çoxdur. Onlar arasında həm dağıstanlılar, həm də çeçenlər var. Amma Azərbaycan ləhcəsi paxlava kimi şirin və olduqca ürəyəyatımlıdır. Eşitdikcə insanı məst və feyzyab edir. Bunu Bakıda anadan olub, orada yaşayıb və Vətənimi nə qədər sevdiyim üçün demirəm. Bu, həqiqətən belədir”.

Oxşar xəbərlər

Meyxanaçı Samirə Rusiyada itkin düşüb və döyülüb - VİDEO
"Sevinirəm ki, indi heç kimin toyu yoxdur"
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"
Rusiyada məşhurlaşan azərbaycanlı aktyor: “Evdə də yarıçılpaq gəzirəm”
"Xəstəxanadan çıxarkən bir daha başa düşdüm ki, Allahı güldürmək istəyirsinizsə..."
Əməkdar artist: “Əsəbimdən pulları pilləkənlərə səpdim” - VİDEO
"Əvvəl Türkiyədə, sonra Azərbaycanda karantində qalmalıyam"
Demet Akalından nazirə sərt mesaj - FOTO
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
Rozadan etiraf: “Karantin dövründə ana oldum” - FOTO
Amerikada yaşayan azərbaycanlı model yataqda və cakuzidə görüntülərini paylaşdı - FOTO
Fəxri adsız qalan məşhur aktyor: “Camaata ev verirlər, mən isə evimi satmalıyam ki, yaşayım”
“Təsəvvür edin ki, Qarabağ münaqişəsi yoxdur. O zaman Rusiyanın regionda rolu nədən ibarət olardı?...”
Mətanət Əsədova qəzəbləndi: “Heç kimin heç kimə borcu yoxdur”
“35 yaşında, bu çəkidə ailə qurdu, bizi niyə alan yoxdur?” - VİDEO
Əməkdar artistdən gözlənilməz etiraf: “Dərdimdən ölən var” - FOTO
Nigar Camal: “Eldar nə vaxt elçi göndərsə...” - VİDEO
Heydər Əliyev Aeroportu nüfuzlu mükafata layiq görüldü - FOTO
Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin
Bakının əsas yollarında sürət həddi endirilib
“Payız karantininə indidən hazırlaşmalıyıq”
"Qonağına “Dimedrol” iynə vurdurur..." - Efirdə Xoşqədəm, Nanə və Hüsniyyə haqda elə sözlər deyildi ki... + VİDEO
Rəqsanə hamam xalatında yataq görüntüsünü paylaşdı - FOTO
Koronavirus onları birləşdirdi: Mustafa Sandal keçmiş arvadı ilə yenidən evlənəcək - FOTO
Avqust karantinin son ayı olacaq?
“İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…” - deputat
Gələn ay 6 gün İŞ OLMAYACAQ
Azərbaycanda dəhşət: Kişi hamilə arvadını zəncirlədi
Namiq keçmiş sevgilisindən danışdı: “Aygün Kazımova ilə aramızda...” - FOTO