“Kənddən şəhərə” qış yarmarkası bu ünvanlarda fəaliyyətə başlayıb
21-12-2020, 23:25
109

“Kənddən şəhərə” qış yarmarkası bu ünvanlarda fəaliyyətə başlayıb

“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Kənddən şəhərə” Qış Yarmarkası fəaliyyətə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Bakı və Abşeronda 3 ünvanda fəaliyyət göstərəcək yarmarkaya əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer öz məhsullarını çıxarıb.
Yarmarkanın fəaliyyətə başlamasına həsr olunan mərasimdə Kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TİKA-nın Azərbaycan Ofisinin rəhbəri Teoman Tiryaki, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev iştirak ediblər. İştirakçıları yarmarkada yaradılan şəraitlə tanış olub, məhsul gətirən fermerlərlə söhbər ediblər.
Kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd ərəfəsində bazarda məhsul bolluğu yaratmaq, eyni zamanda fermerlər üçün alternativ satış kanalı formalaşdırmaqdır: “Yarmarkaya məhsul çıxaran fermerlərə məhsulların daşınması prosesində logistik dəstək göstərilib. Yarmarkada iştirak ödənişsizdir, fermerlər həmçinin heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla təchiz olunublar. Bildiyiniz kimi, yarmarkanın təşkili ölkədə pandemiyaya qarşı mübarizə tədbirlərinin sərtləşdirildiyi bir dövrə təsadüf edir. Bu səbəbdən təşkilatçılar tərəfindən karantin rejiminin tələblərinə ciddi riayət olunur. Təşkilatçılar tərəfindən ərazidə mütəmadi dezinfeksiya tədbirləri aparılır, könüllülərimiz yarmarka iştirakçılarının hərarətlərini ölçür, onları zəruri tibbi maska və dezinfeksiyaedici maddələrlə təmin edirlər. Ümidvarıq ki, paytaxt sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunan yarmarkaların fəaliyyətindən razı qalacaqlar”.
Qeyd edək ki, Nərimanov rayonu ərazisində təşkil olunmuş yarmarka ərazisində “Aqrar Tədarük və Təchizat” ASC və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb.
“Kənddən şəhərə” Qış Yarmarkası dekabrın 31-dək davam edəcək. Yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Oxşar xəbərlər

Nazir və səfir Bakıda yarmarkada - FOTO
Bu ərazilərdə bayram yarmarkası keçiriləcək
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
Azərbaycanda qarğıdalı sahələrinin dərmanlanmasında dronlar işə salındı
İnam Kərimov Göyçayda videokonfrans keçirdi
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
İnam Kərimov Fermerlər Şurasını topladı
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq
İşğaldan azad olunmuş ərazilərdə yeni strukturlar fəaliyyətə başladı - RƏSMİ
Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
İnam Kərimov etimadı doğrulda bilmədi... - FAKT BUDUR...
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Kəlbəcərdə Yanğından Mühafizə Hissəsi fəaliyyətə başladı - VİDEO
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”
Ermənilər Zəngəzurdan geri çəkilir?
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Şəmkirdən KTN-ə qədər uzanan subsidiya maxinasiyası – İnam Kərimovun “sağ əli” həbs olunub?
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirildi
Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR
Şuşada FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları... - İnam Kərimovu necə gözdən salmaq istəyiblər?
Türkiyə Azərbaycana humanitar yardım göndərdi
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Səfirlər Qarabağa dair son vəziyyəti müzakirə ediblər
Əliyevdən azad olunan torpaqlarla bağlı mühüm sərəncam – Qərargah yaradıldı
Prezident İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər - Yenilənib
Türkiyənin vəzifəli şəxsləri Gəncədə səfərdədir