“103”ə zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2500-ə çatıb
22-12-2020, 15:23
226

“103”ə zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2500-ə çatıb

Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayının artması  təcili tibbi yardıma edilən müraciətlərin sayının da artmasına səbəb olub. Pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır. 
Bu barədə İcbari Tibbi Sığorta Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, iş yükünün artmasına baxmayaraq hər bir çağırış müvafiq qaydada icra olunur.  Bəzən təcili tibbi yardıma ehtiyacı olmayan xəstələrin “103” xidmətinə çoxlu sayda müraciəti telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur.
COVID-19 xəstəliyi ilə əlaqəli müraciətlərlə yanaşı, “103” xidmətinə təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərdən: infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, terminal vəziyyətlər, doğuş, hündürlükdən yıxılma, zəhərlənmə və s. müraciətlər də daxil olur və onların icrası təmin olunur. Çağırışların icrasını vaxtında təmin etmək məqsədi ilə onlar ağırlıq dərəcəsinə görə çeşidlənir, ilk növbədə daha ağır xəstələrin müraciətləri icra olunur. Məlumdur ki, ağır xəstələrin hospitalizasiyası icra edildiyi hallarda çağırışın icrası üçün daha çox zaman sərf olunur. 
Əlavə olaraq təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürür.

Oxşar xəbərlər

Təcili tibbi yardımın çağırışlara gecikməsinin səbəbləri açıqlandı – VİDEO
Təcili yardım maşınları niyə gecikir? - Nazirlikdən AÇIQLAMA
Ermənistan iflic oldu: 500-ə yaxın insan köməksizdir, minlərlə hərbçi... (VİDEO)
Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 919-a çatıb
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 923-ə çatıb
Prezident və xanımı yeni gətirilən təcili yardım maşınları ilə tanış oldular
Dünyada COVID-19-a yoluxanlar sayı 22 milyona yaxınlaşdı
Koronavirusdan ölüm sayı niyə artır? - AÇIQLAMA
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 228 nəfərə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 413 nəfərə çatıb
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 906-ə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 448-ə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 580-ə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 697-yə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 788-ə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 068-ə çatıb
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
Ermənistanda COVID-19-a yoluxanların sayı 44 953-ə çatıb
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 196-ya çatıb
Saatlıda koronavirus xəstəsinə tibbi yardım göstərilmir - GİLEY
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 400-ə çatır
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 1 272 nəfərə çatıb
Koronavirus da erməniləri məhv edir: Düşmən başını itirib
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Gürcüstanda daha 87 nəfərdə koronavirus aşkarlanıb
Türkiyədə COVID-19-a rekord yoluxma
Azərbaycanda kafe və restoranlar yenidən bağlanır? - AÇIQLAMA
Ermənistanda koronavirusdan ölənlərin sayı 2 630-a çatdı
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 309-a çatıb