Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı iddialara münasibət bildirib.
Bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib. O bildirib ki, TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicə ilə məşğul olur.

O qeyd edib ki, xəstənin xəstəxanada dünyasının dəyişməsi hallarında meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilir: “Sözügedən quruma isə TƏBİB nəzarət etmir”.