Zərdabı xımır-xımır XIRID EDİR... - İTTİHAM
23-12-2020, 10:15
111

Zərdabı xımır-xımır XIRID EDİR... - İTTİHAM

Zərdabda Mərdan Camalovun xeyir-duası ilə yol təmirini və şəhərin abadlaşdırılmasını heç bir texnikası və işçisi olmayan şirkət həyata keçirəcək…
Heç kimə sirr deyil ki, məmurlar dövlət büdcəsini müxtəlif tenderlər vasitəsi ilə “soyub soğan qabığına çevrirlər”. Son bir neçə ildə isə Azərbaycan mətbuatında tender biabırçılıqları haqqında elə məlumatlar dərc olunur ki, orda söz doğrudan bitir və deməyə heç nə qalmır. Xüsusən satınalma haqqında qanun elə açıq şəkildə tapdanılır ki… Buna baxmayaraq “tender mafiyası” öz işini görür və heç kim onlara “gözün üstə qaşın var” demir, ya da deyə bilmir. Tender elan olunandan sonra yaranan MMC-lərin qalib elan olunması praktikası isə son günlərə qədər davam edib.

İşin maraqlı tərəflərindən biri də odur ki, yüz minlərlə manatlıq, hətta milyonluq tenderləri “ udan” “10 manatlıq” MMC-lər heç bir maddi və texniki bazası, ofisi, təsisçidən başqa işçisi və təcrübəsi “olmayan” şirkətlərdir və bu şirkətlərin hüquqi unvanı isə ev ünvanları göstərilir. Bəs bu qondarma şirkətlər milyonluq tenderləri necə qazanır? Bunu kim təşkil edir?

Ən əsası milyonlarla dövlət vəsaitini öz hesabına keçirən bu qondarma MMC-lər hər il dövlətdən nə qədər vergi yayındırırlar? İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti bu sualın cavabını bilirmi?

Bir daha qeyd edək ki, Azərbaycanda son illər icra hakimiyyətlərinin əsas qazanc mənbələri olan Dövlət satınalmalarında şübhəli tenderlərin artması barədə mətbuatda davamlı olaraq çoxsaylı məlumatlar dərc edilsə də, hələ də bu sahədə ciddi problemlər qalmaqda davam edir və əlaqədar qurumlar, xüsusən Maliyyə Nazirliyi və Vergi Xidməti bütün yazılanları görməməzlikdən və duymamazlıqdan gəlir.

Ayrı-ayrı dövlət qurumlarının keçirdiyi tenderlərdə eyni şirkətlərin davamlı olaraq qalib gəlməsi bu sahədə şəffaflıq məsələsini ciddi şəkildə aktuallaşdırır. PİA.-ın araştırmasına görə demək olar ki, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında yer alan tenderlərin 80-90%-i şübhəli tenderlərdir. Belə şübhəli tenderlərdən biri də biri də Zərdab rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Belə ki, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytına görə 2020-ci ildə Zərdab şəhərinin abadlaşdırılması və yolların təmiri üçün keçirilən tenderin qalibi “İnşaat Servis-2” MMC olub. Zərdab rayon İcra Hakimiyyəti ilə hər iki tenderin qalibi olan şirkətlə üst-üstə 1 milyon 169 min 975 manat müqavilə bağlanılıb. (Şəhərin abadlaşdırılması üçün 549 min 998 manat, yolların təmiri üçün 619 min 975 manat).

Bizim üçün maraqlı olan Zərdabda bu iki böyük tenderi udan, yol çəkən və inşaat işləri ilə məşğul olan şirkətin mərkəzi ofisinin harda yerləşməsi və kimə məxsus olması idi. Araşdırmamız zamanı məlum oldu ki, 1 milyon 169 min 975 manatlıq tenderin qalibi olan “İnşaat Servis-2” MMC-nin ümumiyyətlə ofisi yoxdur. MMC-nin kimə məxsusluğunu araşdırarkən isə qarşımıza çox tanış bir ad çıxdı. Vüqar Aslanov… Bu həmin Vüqar Aslanovdur ki, “Veteks-2017” MMC şirkəti ilə uzun illər boyu Beyləqanda və Zərdabda böyük məbləğlərdə müxtəlif tenderləri udub. Beyləqanda və Zərdabda gördüyü işlərin bəziləri isə artıq dağlıb.

Görünür ki, “Veteks-2017 MMC” mətbuatın dilində çox hallandığı üçün Vüqar Aslanov bu dəfə “İnşaat Servis-2” MMC-ni dövriyyəyə salıb. Bəs Zərdab yollarını təmir edəcək şirkət bu işi görmək üçün hansı texnika və mütəxəssis bazasına sahibdir? Əgər sizə desək ki, “İnşaat Servis-2” MMC-nin yol çəkmək, ya da təmir etmək üçün heç bir texnikası və işçisi yoxdur, onda nə deyərsiniz? Bu ağlasızmazdır, gülməlidir və tükürpədicidir…

Görəsən Zərdab rayon icra hakimiyyəti 619 min 975 manatlıq yol təmiri layihəsini “İnşaat Servis-2” MMC-yə verərkən bu şirkətlə heç maraqlanmayıb? Maraqlanıbsa, onda “İnşaat Servis-2” MMC ilə müqaviləni necə bağlayıb və o yollar necə təmir olunacaq? Bəlkə bu müqavilə Mərdan Camalovla Vüqar Aslanov arasında şəxsi müqavilədir?
Bizə məlum olduğuna görə Vüqar Aslanov müxtəlif rayonlarda abadlıq işlərini kənardan briqada cəlb etməklə və qanunsuz insan çalışdırmaqla həyata keçirir.

Məlumata görə keçmişdə də Zərdabda yoların təmiri, abadlaşdırma işlərinin qalibi və binaların təmiri işi ilə Vüqar Aslanova mənsub olan “Veteks-2017” MMC şirkəti məşğul olub. Bu şirkət eyni vaxtda, həm də Beyləqan rayonunda yolların təmiri, tikinti işləri və sair tenderlərin qalibi olub.

Bəs heç bir işçisi və texnikası olmayan Vüqar Aslanov bu işləri necə görüb? Bu sualın cavabını onunla əməkdaşlıq edən icra hakimiyyətləri bilir. Bizdə olan məlumata görə icra hakimiyyətləri müxtəlif dövlət və qeyri-dövlət qurumlarını bu işlərə cəlb edirlər. Ya da tenderi udan şirkət subpodratçılarla çalışır.

Xatırladaq ki, “Veteks-2017” MMC son dəfə ölkə mətbautının gündəminə Beyləqan rayonunda Mənzil istismar Sahəsinin binalarının bərbad təmir qalmaqalı ilə gəlib. Aldığımız məlumata görə isə “İnşaat Servis-2” MMC şirkətinin Zərdabda həyata keçirdiyi işlər həddindən artıq yarıtmaz vəziyyətdədir…
//pia.az//

Oxşar xəbərlər

Milli Məclis tarixində ilk
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT - İLGİNC
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
Şəki şəhər İcra Hakimiyyəti bələdiyyə üzvünə yarım milyonluq tender "verdi"? - FOTO
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Dövlət agentliyi 2.2 milyonluq sifariş verib
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Bakı Baza Tibb Kolleci "GÜL VURUR"... - 3-4 aylıq MMC-lərlə işbirliyini davam etdirir
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Bakı Baza Tibb Kollecində dövlət vəsaiti kimlərin əli ilə xərclənir?
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
Qubadlıda abadlıq işini bu şirkət həyata keçirəcək - Tender
Bir manatlıq şirkətə milyonluq tender verildi
“AzerGold” şirkətində müdhiş korrupsiya faktı - İTTİHAM
Əhməd Əhmədzadə oliqarx kadrlarının sayını belə artırır - İTTİHAM
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM
Zərdabda başçının qəbuluna niyə gedən olmur? - NARAZILIQ...
Yaşar Həsənovun İSTİLİKLİ YEYİNTİSİ... - İDDİA
Aqrar Xidmətlər Agentliyinin ŞÜBHƏLİ TENDERİ... - Rəsmən ləğv olundu
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Sumqayıt Tibb Kollecində bir ünvanda yaradılmış 8 MMC ilə nə qədər dövlət vəsaiti talanıb?
Sumqayıt Tibb Kollecində korrupsiyaya kimlər rəvac verir? - İLGİNC FAKTLAR
Təhsil Nazirliyinin 10 milyonluq müəmmalı “tenderi” – Yumşaq dəstə görə…
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir